“MÜHARİBƏ 2024-cü İLƏ QƏDƏR UZANA BİLƏR” –“NATO Rusiyaya daxil olacaq”

“Müharibənin 2024-cü ilə qədər uzanması ehtimallardan biridir. Həmin il ABŞ-da, Rusiyada və Ukraynada seçkilər gözlənilir və bu müharibədə qələbəni 2024-cü ilə, məhz seçki öncəsinə qədər uzatmaq hamıya sərf edir”.
Yenixeber.org: Bunu tanınmış ukraynalı hərbi ekspert Oleq Jdanov bildirib.
Onun sözlərinə görə, artıq Rusiyanın dünyanın geosiyasi xəritəsində önəmli dövlət kimi qalması Avropa və Vatikandan başqa heç kimin marağında deyil: “Bəlkə də biz Rusiyanı o dərəcədə darmadağın edəcəyik ki, NATO Rusiyaya daxil olacaq və onun nüvə potensialını nəzarətə götürərək, MAQATE-nin ixtiyarına verəcək və məhv edəcək. Bundan sonra isə Rusiya adi dövlətə çevriləcək və geosiyasi proseslərə təsir göstərə bilməyəcək”.