Redaktor seçimi
ADAU qohumbazlığın girovuna çevrilib -
İsveç NATO-ya girmək istəmirmi? -
Qorxulu Tehran:
General İsmayıl Hüseynov bu sahədə monopoliya yaradır -
İkinci 44 günlük “savaş” -
75 şüşə konyak, 7500 dollarıq yəhər, oraq-çəkicli telefon –
Ziyəddin Əliyevin Avstriyada da biznesi aşkar edildi -
Azad edilən su ehtiyatlarını yenidən "işğal edənlər" -
Günün xəbəri

İrəvan faydasız fəaliyyətlə məşğuldur -ŞƏRH

 Ekspert: “İrəvan nə vaxtsa mübahisəli məsələlərin mahiyyəti üzrə müzakirəsinə keçməli olacaq” 

Yenixeber.org: ABŞ Bakı və İrəvanı danışıqlar prosesini dayandırmamağa çağırır. ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filipp Riker belə bir missiya ilə Bakıya səfər edib.

Xatırladaq ki, Prezident İlham Əliyev bir neçə gün əvvəl açıq şəkildə bəyan etdi ki, İrəvanın Fransa prezidentinin görüşdə iştirakını tələb etməsi səbəbindən dekabrın 7-də Brüsseldə keçirilməsi nəzərdə tutulan danışıqlar baş tutmayacaq.

Filipp Riker yaxın vaxtlarda Ermənistana da səfər etməlidir. Yəqin ki, Riker İrəvana səfəri zamanı Paşinyanı tələbindən geri çəkilməyə razı salmağa çalışacaq.

Bununla paralel olaraq iki ölkənin Xarici İşlər Nazirlikləri arasında da söz dueli olub.

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyanın son çıxışı ilə bağlı bəyanat yayıb.

“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Armenpress” xəbər agentliyinə müsahibəsi zamanı Azərbaycan və Ermənistan arasında aparılan danışıqların mahiyyətini, sülh sazişinin hazırlanmasını, delimitasiya prosesini, mina təhlükəsini, eləcə də ərazi bütövlüyünün tanınması məsələsini təhrif etməyə və ictimaiyyəti çaşdırmağa çalışıb, bu da tamamilə əsassız və qəbuledilməzdir”, – Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşündə Fransa prezidentinin mütləq iştirakı ilə bağlı Ermənistanın irəli sürdüyü şərt bir daha göstərir ki, erməni tərəfi üzərinə götürdüyü öhdəliklərə sadiq deyil və növbəti görüşlə bağlı razılaşmanın Praqada deyil, avqustun 31-də Brüsseldə əldə olunduğunu unudub. Azərbaycan tərəfi növbəti görüşün Brüsseldə keçirilməsi ilə bağlı əldə olunmuş razılığa baxmayaraq, Praqada görüşə, eləcə də görüşdə Aİ Şurasının prezidenti Şarl Mişel və Fransa prezidentinin iştirakına razılıq verdi. Bu da təəssüf ki, danışıqların növbəti mərhələsində sui-istifadəyə səbəb oldu, Fransanın qərəzli və ədalətsiz vasitəçi olduğunu göstərdi. Ermənistandan fərqli olaraq, Azərbaycan tərəfi iki ölkə liderləri arasında danışıqlardan imtina etməyib və Brüsseldə əldə olunmuş razılaşmaya uyğun olaraq danışıqları davam etdirməyə sadiqdir”, – məlumatda bildirilir.

Beləliklə, faktlar ümumilikdə danışıqlar prosesinin özünün təhlükə altında olduğunu göstərir. Doğrudanmı İrəvandakılar yüksək səviyyəli görüşlərdə Makronun iştirak etməsi şərtini irəli sürəndə bunu başa düşmürlər? Axı Azərbaycan, məsələn, Türkiyə prezidentinin danışıqlarda vasitəçi kimi iştirak etməsini tələb etmir. Yəni, Paşinyanın hazırda hansı siyasət apardığı ilə bağlı sual yaranır. O, Azərbaycanla danışıqları bilərəkdən ləngidir? Amma nə üçün?

Rusiyalı politoloq, Sankt-Peterburq Dövlət Universitetinin professoru Stanislav Tkaçenko suallarımızı cavablandırmağa razılaşıb:

– İrəvanın danışıqların məqsədi və eləcə də Azərbaycanla Ermənistan arasında münaqişənin sülh yolu ilə həlli prosesinin hansı sürətlə getməsi ilə bağlı mövqeyi iki əsas amillə diktə olunur. Bunlar daxili siyasətdə baş verənlər və Ermənistanın Avropa Birliyinin bəzi dövlətləriylə münasibətləri formatıdır.

Daxili siyasət nöqteyi-nəzərindən çıxış edəndə, İrəvanın danışıqlar prosesi çərçivəsində Bakı ilə razılıq əldə etməyə yönəlmiş istənilən konstruktiv addımı 2020-ci ildə uduzulmuş müharibənin nəticələrinin beynəlxalq-hüquqi tanınması deməkdir. Ermənistan ictimai rəyi üçün həssas olan bu məsələ müxalifət tərəfindən baş nazir Nikol Paşinyanla hakimiyyət uğrunda mübarizə elementi kimi istifadə edilir. Burada heç nəyi dəyişmək olmaz, payız (2020-ci il) müharibəsinin nəticələri uzun müddət Ermənistanın daxili siyasətinin ətrafında dövrə vuracağı ox olaraq qalacaq.

Xarici siyasət nöqteyi-nəzərindən isə İrəvan Avropa İttifaqını və bu inteqrasiya birliyinin liderlərindən biri olan Fransanı öz tərəfinə çəkməklə danışıqlardakı mövqelərini yaxşılaşdırmağa çalışır. Bu səylər siyasi və diplomatik nöqteyi-nəzərdən faydasızdır, çünki müharibənin nəticələrinə yenidən baxılmasına gətirib çıxara bilməz. Lakin Ermənistan bu şəkildə hərəkət edərək danışıqlar prosesində status-kvonu qoruyub saxlayır. O, bunu (status-kvonu, yəni danışıqların uzadılmasını) müharibənin nəticələrinin açıq beynəlxalq hüquqi tanınmasından daha əlverişli vəziyyət hesab edir. Amma İrəvanın bu siyasəti sonsuza qədər davam edə bilməz və nə vaxtsa mübahisəli məsələlərin mahiyyəti üzrə müzakirəsinə keçməli olacaq. Görünür, Ermənistanda belə bir məqamın hələ yetişmədiyini düşünürlər və danışıqları uzatmaq taktikasının siyasi cəhətdən əsaslandırılmış olduğu fikrindədirlər.(pressklub)

Rauf Orucov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam