Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Makronun Əliyevə zəngi: Fransanın dörd məqsədi -TƏHLİL

 

Dünyanın yeddi nəhəngindən biri olan Fransa Cənubi Qafqaz siyasətinin nüanslarını davam etdirmək üçün müvafiq çərçivələr tapmaq axtarışındadır.

Yenixeber.org: Paris Cənubi Qafqaz regionunun prioriteti olan Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi ilə bağlı təşəbbüslərini sabitliyin qorunub-saxlanılması, münaqişələrin qarşısının alınması ifadələri ilə epitetləsə də, onun mövqeyi Bakının siyasəti ilə uyuşmur.

Elə bu uyğunsuzluq, sülh və təhlükəsizlik modelinə dair bir-birilə ziddiyyət təşkil edən mövqelər Fransa Prezidenti Emmanuel Makronu Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməyə vadar edib. Liderlərin danışığının rəsmi təqdimatından çıxaracağımız yekun:

İlham Əliyev Emmanuel Makrona Fransanın bitərəf, qərəzsiz və tarazlaşdırılmış yanaşmasının vacibliyini xatırladıb;

- Makron noyabrın 19-da keçiriləcək Frankofoniya təşkilatının 18-ci Zirvə Sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcəyi barədə məlumat verib;

- Dövlət başçıları Azərbaycan, Ermənistan, Avropa İttifaqı və Fransanın iştirakı ilə dördtərəfli formatda keçirilmiş Praqa görüşünün nəticələri və bundan irəli gələn məsələlər barədə fikir mübadiləsi aparıblar.

Makronun Əliyevlə telefon diplomatiyası Fransanın dünya üzrə sönməkdə olan qlobal maraqlarını Cənubi Qafqazla bərpa etmək üçün bir yol kimi qiymətləndirilə bilər.

Ermənistana qucaq açaraq vasitəçilik təşəbbüsünü şübhə altına alan Fransa Azərbaycanın ərazi suverenliyinə təhdid yaratmaq xəttinə getməklə həyata keçirmədiyi və ya nəzarət edə bilmədiyi prosesdə təsir vasitəsinə çevrilmək niyyətindədir.

Ona görə də Fransa Azərbaycanın siyasəti ilə barışıb reallıqları qəbul etməyin ən optimal seçim olduğunu dərk edir, ancaq Paris İrəvana bir neçə səbəbə görə revanşist nəfəs verir.

Birinci məqam: Fransa qavrayır ki, Ermənistan onun maraqlarını tərəfdaşlıqla deyil, mütiliklə təmin edəcək və regionda Türkiyənin möhkəmlənməsinə maneələrin yaradılmasında rol oynayacaq.

İkinci nüans: Fransa Cənubi Qafqazı alternativ qismində görür və o, bu regionda Rusiya vasitəsilə dirçəlib meydan oxumağa çalışır.

Üçüncü nüans: Paris Azərbaycan-İran münasibətlərindəki gərginlik fazasını Bakıya qarşı cəbhə platforması kimi diqqətdə saxlayır.

Fransa qeyd etdiyimiz üç istiqamət üzrə arzularını Avropa İttifaqının çərçivəsindən kənarda, qlobal geosiyasi əhəmiyyətini təsdiqləmək üçün həyata keçirməyi hədəfləyir.

Makronla Əliyevin sonuncu danışıqlarının mayasında Parisin Azərbaycan-Ermənistan gündəliyində Avropa İttifaqından kənar moderatorluq roluna sahiblənmək ambisiyaları da eyni məqsədin subliminal əyanıdır.

Digər tərəfdən (dördüncü istiqamət deyə bilərik), Paris Ermənistanı dəstəkləməklə Fransadakı erməni lobbisi və erməni icmasının könlünü xoş tutmaq istəyir ki, bu da sırf daxili-siyasi məsələlərin perspektivi üçün nəzərdə tutulur.

Fransanın Cənubi Qafqazda potensial alternativ kimi genişlənmək sevdası reallaşmayacaq, çünki Qərbin iki gücü – ABŞ və Böyük Britaniya da - dünya üzrə Fransanın ekspansiyasını zəiflədən proses başladıb.

Rusiya-Ukrayna müharibəsi, Azərbaycan-İran münasibətlərinin gərginləşməsi Cənubi Qafqazın böyük siyasi təlatümlə üzləşməsi riskini və geosiyasi tamahları artırır, amma nə Azərbaycan, nə Türkiyə, nə ABŞ, nə də Britaniya bu rəqabət meydanında Fransaya yer vermək marağındadır. Rusiyaya gəlincə, o, Cənubi Qafqaz teatrında Fransanı yalnız formal tərəfdaş kimi görə bilər və Moskva özü də NATO-nun bir üzvü olan Fransanın regionda “at oynatması”na şərait yaratmayacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam