Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Meksika mətbuatında Ermənistanın təxribatları işıqlandırılıb

Meksika mətbuatında Ermənistanın təxribatları işıqlandırılıb   
Meksikanın ən çox oxunan və nüfuzlu mətbu orqanı “Reforma” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovun Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı ilə bağlı müsahibəsi dərc olunub.
Yenixeber.org:  Azərbaycanın Meksikadaki səfirliyindən verilən məlumata görə, müsahibədə, ölkəmizin BMT TŞ qətnamələrinə uyğun olaraq öz ərazilərini Ermənistan işğalından azad etdiyinə, habelə 2020-ci ilin noyabr ayında əldə olunmuş razılaşmaya baxmayaraq, Ermənistanın cinayətkar əməllərini davam etdirdiyi və cari ilin sentyabr ayının 12-si gecə saatlarında bu ölkənin silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutduğu, həmçinin həmin mövqelərin arasındakı əraziləri minaladığı barədə məlumat verilib.
Ermənistan tərəfindən törədilən təxribatın qarşısının alınması məqsədilə, Azərbaycan Ordusu tərəfindən cavab tədbirlərinin görüldüyünü bildirən səfir, bu təxribatın qarşısının alınması zamanı 70-dən çox hərbçimizin şəhid olduğunu qeyd edib.
Məqalədə həmçinin, 2020-ci ilin noyabr ayında Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanata uyğun olaraq, Azərbaycan ərazisində Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyi qeyd olunub, Ermənistanın sözügedən bəyanata zidd olaraq, özünün silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmadığı və həmin əraziləri minalamağa davam etdiyi bildirilib. Həmçinin, Ermənistanla münasibətlərin normallaşdırılması, nəqliyyat dəhlizinin qurulması üçün Azərbaycan tərəfindən müvafiq addımların atıldığı, lakin Ermənistanın müxtəlif bəhanələrlə bu prosesi gecikdirdiyi qeyd olunub.
Səfir həmçinin, Azərbaycanın hazırda Avropa üçün çox vacib tərəfdaş olduğunu, bu xüsusda qısa zaman öncə Avropa İttifaqı ilə enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını vurğulayıb.
Müsahibədə keçmiş münaqişə zamanı Meksikanın daima beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq, ölkələrin ərazi bütövlüyü və suverenliyini dəstəklədiyi qeyd olunub və Meksikanın bu məsələdə nümayiş etdirdiyi ədalətli mövqe və həmrəyliyin Azərbaycan Hökuməti tərəfindən yüksək qiymətləndirildiyi bildirilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam