Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Soçi görüşü - "Ermənistan anlamalıdır ki, heç nə əldə edə bilməyəcək" -RƏY

 

"Ermənistan bu görüşdən nəticə çıxarmalı və anlamalıdır ki, vasitəçilərin, şəhərlərin, ölkələrin dəyişməsi ilə heçnə əldə edə bilməyəcək".

Yenixeber.org: Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Oktyabrın 31-də bütün dünyanın gözünün Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üçün Rusiyanın vasitəçiliyi ilə Soçidə keçirilən növbəti görüşdə olduğunu qeyd edən deputat bildirib ki, bu danışıqlarda bir sıra maraqlı məqamlar müşahidə olunub: "Ermənistan tərəfi görüşə hazırlıqlı gələrək sözügedən görüşdən konkret nəticələrlə geri dönəcəklərini düşünürdülər. Prezident İlham Əliyev isə öz iradəsini və mövqeyini ortaya qoyub növbəti dəfə təmkin göstərərək qalib ölkəni uğurla təmsil etdi. Faktiki olaraq yekun bəyanatdan da açıq görünür ki, bu görüş Azərbaycan diplomatiyasının uğuru və qələbəsidir".

N.Həmzəyev deyib ki, Soçi görüşündə imzalanan növbəti üçtərəfli bəyanatda da bundan öncə Rusiyanın vasitəçiliyi ilə imzalanmış sənədlərə istinad olunub: "Azərbaycan və Ermənistanın ərazi bütövlüyü, suverenliyi tanınır. Eyni zamanda Rusiya sülhməramlılarının iki illik fəaliyyətinə qiymət verilir, ancaq onun mandatının uzadılması, yaxud hansısa əlavə fəaliyyətlərindən söhbət getmir. Ermənistan istəsə də sənəddə Qarabağın statusu barədə məsələ ümumiyyətlə öz əksini tapmayıb. Yekun sənədə əsasən, tərəflər arasındakı münasibətlərin normallaşdırılmasından söhbət gedir, sülhün əldə olunmasının vacibliyi vurğulanır. Bəyanatda yenilik olaraq xalq diplomatiyasına üstünlük verilməsi öz əksini tapıb və ictimaiyyət nümayəndələrinin, din xadimlərinin, həmçinin parlamentlərarası əlaqələrin, dialoqun vacibliyi, kommunikasiyaların açılması xüsusi qeyd edilib".

 

Deputat söyləyib ki, sənəddən də göründüyü kimi, Azərbaycan öz haqlı mövqeyini sonuna qədər müdafiə edib: "Prezident İlham Əliyev Vladimir Putinlə görüşdə qeyd etdi ki, Qarabağ münaqişəsi artıq iki il bundan öncə başa çatıb və üçtərəfli bəyanat imzalanıb. İndi isə yalnız iki ölkə arasında münasibətlərin normallaşması, sərhədlərin delimitasiya və demarkasiyası məsələsi müzakirə edilə bilər. Azərbaycanın bu məsələdə mövqeyi qəti və dönməzdir və irəli sürdüyü 5 prinsip əsasında müzakirələr baş tutmalı, nəticə əldə olunmalıdır. Azərbaycan qalib ölkədir və sülh istəyir, eyni zamanda, Ermənistandan öz öhdəliklərini yerinə yetirməsini tələb edir".

N.Həmzəyevin fikrincə, Ermənistan fürsəti düzgün dəyərləndirməli və Azərbaycanla münasibətlərinin normallaşmasına çalışmalıdır: "Azərbaycan və Ermənistan bu görüşdə Rusiya formatında nümayəndə heyəti ilə təmsil olunurdu. Bu isə onu deməyə imkan verir ki, yekun sənəd hazırlığı üzərində iş gedir. Böyük ehtimal ki, Brüssel görüşündə irəliləyiş əldə olunacaq. Fikrimcə, tərəflər kompramisə gedəcəyi və Ermənistan öz öhdəliklərini yerinə yetirəcəyi təqdirdə sülhün baş tutması mümkündür".

Qeyd edək ki, oktyabrın 31-də Soçidə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub.

Liderlər müzakirələrin sonunda bəyanat imzalayıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam