Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Aramızda Naqif Həmzəyev kimilərinə yer yoxdur!”

aqacan_SC_2915

Parlamentin komissiya sədri “od püskürdü”: “Naqif Həmzəyev, sən kimsən axı, Rəsulzadə haqda o sözləri demisən?!”

Xeberinfo.com:   Milli Məclisin Gəncədən seçilmiş deputatı Naqif Həmzəyevin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banilərindən olmuş Məhəmməd Əmin Rəsulzadə haqqında dediyi nalayiq fikirlər cəmiyyətdə etirazlar doğurub. YAP-çı deputatın AXC liderini vətən xaini adlandırması və onun həyat yoldaşı, qurduğu dövlət haqqında xoşagəlməz fikirlər səsləndirməsi bir neçə gündür sosial şəbəkələrdə ciddi müzakirə olunur. Bu fikirlərə görə hər kəs Naqif Həmzəyevi tənqid atəşinə tutub, qınayır.

Modern.az saytı Milli Məclisin İntizam Komissiyasından deputat Naqif Həmzəyevin bu davarınışın necə qiymətləndiriləcəyini soruşub.

Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abiyev Modern.az-a açıqlamasında bildirib ki, sabah bu məsələ parlamentdə müzakirə olunacaq. O bildirib ki, deputatın bu çıxışına siyasi deyil, insani qiymət verilməlidir.

“Bununla bağlı İntizam Komissiyasında deyil, Milli Məclisin sabahki iclasında geniş müzakirə aparılacaq. Gəlib bu səviyyəyə qalxasan, deputat seçiləsən, millətin nümayəndəsi olasan, Azərbaycanın yeni tarixindən xəbərin olmasın?.. Demirik ki, Azərbaycanın min il bundan qabaq tarixini bilmirsən, dünən yaşadığımız tarixdən xəbəri yoxdur. Sən axı o cür kişini niyə elə adlandırırsan?.. Ona görə də hesab edirəm ki, buna əxlaqi qiymət vermək lazımdır”.

A.Abiyev deputatın səhv hərəkət etdiyini vurğulayaraq, onu orta məktəbdə keçilən tarixi bilməməkdə günahlandırıb.

“Nə qədər təhsilsiz, mədəniyyətsiz olasan ki, müstəqil Azərbaycanın ilk sözünü deyən insanı “Azərbaycanın düşməni” adlandırasan. Heç bu sözü deməyə ermənin gücü çatmaz. Naqif Həmzəyev çox böyük səhv edib. Səhv deyilsə, bacardığı, bildiyi budursa, onda heç olmasa gedib ali məktəb dərsliyini demirəm, orta məktəb kitablarını oxusun. Azərbaycan tarixi orada da keçilir, tariximizlə tanış olsun. Məhəmməd Əmin Rəsulzadəyə ulu öndərimiz Heydər Əliyev yüksək qiymət verib. Ölkənin ən ağır, qorxulu vəziyyətində Azərbaycanın müstəqilliyi haqqında danışan, Azərbaycanın üçrəngli bayrağını qoruyan şəxsiyyətə sən hansı haqla “vətən xaini” deyirsən?.. Hesab edirəm ki, bu xoşagəlməz fikirlərə Milli Məclis mütləq qiymət verməlidir”.

77Ağacan Abiyev tarixi bilməyən və böyük yanlışlıq edən deputatla bir yerdə oturmaq istəmədiyini və aralarında belə şəxslərin olmaması gərəkdiyini vurğulayıb.

“Onunla bir masa arxasında oturmaq istəməzdim. Hər bir azərbaycanlı, təhsildən, tədrisdən xəbəri olan hər bir kəs, hər bir ziyalı ona bu sözü deyəcək. Burada məsələ intizamdan da üstündür. Naqif Həmzəyev böyük səhv buraxıb. Onun seçiciləri var, seçki dövründə başqa cür danışıb və ona etimad edib seçiblər. Amma deputat olandan sonra belə danışanda, onun seçiciləri də bu məsələyə qiymət verməlidirlər. Sabah sözsüz ki, bu məsələ qalxacaq və düşünürəm ki aramızda belə adam olmamalıdır”.

Ağacan Abiyev deputat Naqif Həmzəyevi hakim Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin Məhəmməd Əmin Rəsulzadə haqqında dediyi fikirləri bilməməkdə günahlandırıb.

“Əsas səhv, qələt ondan ibarətdir ki, sən Yeni Azərbaycan Partiyasının nümayəndəsi kimi seçilmisən və bizim partiyanı təmsil edirsən. Deputat Naqif Həmzəyev, YAP-ın yaradıcısı, ulu öndərimiz Heydər Əliyev həmin o kişi haqqında nə deyib, bilmirsən?.. Bilmirsənsə, sənin YAP-ın ünmayəndəsi olmağa haqqın yoxdur. Sən YAP-ın yaradıcısının o kişi haqqında dediyi sözlərin əleyhinə danışmısan. Nə qədər savadsız olub o cür sözlər deyəsən. Bu adam harada yaşayıb? Azərbaycanın yeni tarixini niyə bilmir?.. “Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın müstəqilliyini qorxmadan bəyan edib” deyən ümummilli liderin fikirlərinə sən nə deyirsən?..”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam