Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Britaniya kəşfiyyatı:“Rusiya qoşunları Ukrayna cəbhəsinin əksər hissələrində müdafiəyə keçir”

 

“Rusiya qüvvələri Ukraynada cəbhə xəttinin əksər hissələrində müdafiəyə keçir. Buna səbəb kadr çatışmazlığı və zəif hazırlıq səviyyəsidir”.

Yenixeber.org: Bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat icmalında deyilir.

Xerson bölgəsində baş verən hadisələri təsvir edən Britaniya kəşfiyyatı qeyd edir ki, Rusiya Dneprdən qərbə doğru öz bölmələrinin bir hissəsini səfərbər edilmiş ehtiyatda olan əsgərlərlə gücləndirib. Lakin bu, şəxsi heyətin sayının son dərəcə aşağı səviyyədə olması ilə bağlı olub.

İcmalda deyilir ki, xüsusilə 2022-ci ilin sentyabrında rusiyalı zabitlər Xerson istiqamətindəki rotaları hər biri altı-səkkiz nəfərdən ibarət olmaqla təşkil edirdilər. Halbuki rotalar 100-ə yaxın şəxsi heyətdən ibarət olmalıdır.

“Son altı həftə ərzində Ukraynada cəbhə xəttinin əksər hissələrində Rusiya quru qoşunlarının uzunmüddətli müdafiə mövqeyinə açıq-aydın keçidi müşahidə olunur. Bu, çox güman ki, son dərəcə az tərkibdə olan heyətin zəif hazırlıq səviyyəsi ilə bağlıdır və bu qüvvələr Ukraynada hələlik yalnız müdafiə əməliyyatları aparmaq iqtidarındadır”, - deyə Britaniya kəşfiyyatı qeyd edib.

Britaniya Müdafiə Nazirliyinin mütəxəssislərinin fikrincə, Rusiya Ukraynada uzunmüddətli müdafiə xətlərini möhkəmləndirsə belə, onun əməliyyat planı zəif olaraq qalacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam