Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

LAVROV BMT İCLASINI NİYƏ TƏRK ETDİ? -BMT-də ABŞ-Rusiya "atışması"...

Yenixeber.org: Təhlükəzizlik Şurasının sentyabrın 22-də keçirilən iclasında Blinken və başqa Qərb diplomatları ilə yanaşı Ukraynanın xarici işlər naziri Dmitro Kuleba, habelə Rusiya xarici işlər naziri Sergey Lavrov da iştirak edirlər.

Blinken çıxışında vurğulayıb ki, TŞ üzvləri Ukraynaya müdaxiləyə əmr vermiş və bu ölkənin işğal olunmuş ərazilərinin qəsbinə çalışan Rusiya prezidenti Vladimir Putinə qarşı çıxmalıdırlar. O bilirib ki, Putinin bu hərəkətləri mövcud dünya nizamı prinsipinə təhlükə yaradır.



Blinken əlavə edib ki, ABŞ, habelə Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən beynəlxalq birlik məhz bu dünya nizamının müdafiəsi üçün səy göstərirlər:  "Əgər biz Kremlin kobud surətdə pozduğu bu prinsipi müdafiə edə bilməsək, onda bütün təcavüzkarlara siqnal verərik ki, onlar da bu prinsipə məhəl qoymaya bilərlər. Beləliklə biz hər bir ölkəni təhlükə qarşısında qoyarıq”.

Dövlət katibinin fikrincə, Putin qəddarlıqla minlərlə ukraynalını didərgin salır və avtobuslarla Rusiya vətəndaşlarını gətirir ki, Ukrayna ərazilərinin ilhaqı üçün səsvermənin nəticələrini manipulyasiya etsin.

Bundan əvvəl ABŞ, Qərb və Avropa İttifaqı bildirmişdi ki, Ukraynada Rusiyanın təyin etdiyi administrasiyaların keçirdiyi referendumların nəticələrini tanımayacaq.

BMT TŞ-nin iclasında çıxış edən Sergey Lavrov Ukraynada baş verənləri “cəzasızlıq” adlandırıb. O deyib ki, bu cəzasızlıq 2014-vü ildən davam edir.

Lavrov çıxışında Ukraynaya dəstək verən Qərb ölkələrini döyüş əməliyyatlarını maksimum uzatmaq və Rusiyanı üzmək və zəiflətmək cəhdində ittiham edib. O bildirib ki, “kollektiv Qərb” artıq Ukraynadakı münaqişənin tərəfinə çevrilib.


Ukraynanın Donbass bölgəsində çoxlu hərbi cinayətlərinin qeydə alındığını deyən XİN başçısı əllərində sübutlar olduğunu açıqlayıb: "2014-cü ildən bəri Kiyev rejiminin müntəzəm olaraq törətdiyi cinayət əməllərinə dair əlimizdə çoxlu sübutlar var. Rusiya hüquq-mühafizə orqanları Donetsk və Luqanskdan olan həmkarları ilə işləyir. Onlar birlikdə və diqqətlə hər şeyi araşdırır”.

Çıxışı boyu Ukraynaya qarşı ittihamlarını davam etdirən Lavrov deyib: "Ukraynanın beynəlxalq humanitar hüquq normalarının pozulduğu totalitar bir dövlətə çevrildiyinə heç bir şübhəmiz yoxdur".

Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiya ərazisinə qoşulmaq üçün keçirdikləri referendumun bölgə sakinlərinin iradəsinə əsaslandığını izah edən rusiyalı nazir xalqın bu qərarla Zelenskiyə cavab verdiyini bildirib.

Lavrov iddia edib ki, Ukrayna və onun müttəfiqləri “Rusiya ilə bağlı dünyaya tamamilə fərqli rəvayətlər təqdim etməyə” çalışırlar.

Lavrov habelə Beynəlxalq Ədalət Məhkəməsinə inamsızlıq ifadə edib:"Biz səkkiz il müddətində Ukraynada cəzasızlıqla mübarizənin başlayacağını gözləmişik. Biz daha ədalətə ümid bəsləmirik. Gözləmə vaxtı başa çatıb”.

Rusiyanın XİN başçısı Ukrayna və onun qərb müttəfiqlərinin Donbassda “cəzasız qaldığını” dedikdən sonra BMT Təhlükəsizlik Şurasının iclasını tərk edib. 

Qeyd edək ki, bu, Lavrovun mühüm görüşü ilk dəfə tərk etməsi halı deyil. Rusiyalı nazir müharibə başlayandan bəri qatıldığı bir çox beynəlxalq görüşlərdə mübahisə edərək zalı tərk edib.

Lavrovdan sonra şura iclasında çıxış edən Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli bildirib ki, ölkəsi Ukraynanı sona qədər dəstəkləyəcək.

Britaniyalı nazir rusiyalı həmkarı haqqında bunları söyləyib: “Onun otağı tərk etməsinə təəccüblənmədim. Düşünürəm ki, cənab Lavrov bu şuranın kollektiv qınağını eşitmək istəmir”.

"Azpolitika"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam