Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

"Sonuncu təxribatlat Tovuz istiqamətindəki qarşıdurmanın analogiyasıdır" -RƏY

 

“Son bir ay ərzində Ermənistan tərəfinin hərəkətliliyi bu cür genişmiqyaslı təxribatların baş verəcəyinə işarə idi. Yəni baş verənlər əslində gözlənilən idi. Düşünürəm ki, bundan sonra İrəvanın sülh müqaviləsini imzalamaqdan başqa yolu qalmayacaq”.

Yenixeber.org: Bunu deputat Elman Nəsirov deyib.

“Ermənistan hərbi-siyasi rəhbərliyi hər vəchlə beynəlxalq ictimaiyyətə çatıdrmaq istəyir ki, Qarabağ məsələsi bitməyib. İrəvan hələ Qarabağın statusunun müəyyənləşmədiyini və bunun üçün ATƏT-in Minsk Qrupuna ehtiyac olduğunu göstərməyə çalışır. Amma bizim sözügedən məsələ ilə bağlı qətiyyətli mövqeyimiz ortadadır: daha nə status var, nə Minsk Qrupu. Minsk Qrupunu məhv edənlər əslində həmsədrlər özləridir. Onlar ötən 30 ildə nəinki problemi həll etmədilər, hətta bizə mane oldular. Fikrimcə, son təxribatlarda erməni lobbisi və diasporunun xüsusi rolu var. Çünki onların Qarabağ probleminə həmişə ehtiyacları var. Ermənistanla Azərbaycan arasında sülk müqaviləsinin imzalanması erməni diaspor və lobbisinə sərf etmir. Amma bütün hallarda biz qarşı tərəfə layiqli cavab verdik, ermənilərin burnunu əzdik”.

E.Nəsirov son provokasiyaları Tovuz döyüşləri ilə müqayisə edib:

“Sentyabrın 12-13-də baş verənlər 2020-ci il iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədində Tovuz rayonu istiqamətində Ermənistanın növbəti təxribatı nəticəsində baş verən qarşıdurma ilə analogiya təşkil edir. Azərbaycan növbəti dəfə Ermənistanın hərbi-siyasi təxribatına məruz qalaraq cavab vermək və öz təhlükəsizliyinin təmin olunması üçün adekvat addımlar atmaq məcburiyyətində qaldı. Eynilə indi olduğu kimi, bu dəfə də təxribatlar Qarabağ ərazisində yox, sərhəddə törədildi. Məqsəd Azərbaycanın atacağı adekvat addımlar nəticəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) işə salmaq idi. Hətta KTMT-nin onlayn toplantısı keçirildi. Amma bu cəhdlər mənasızdır. Biz bütün addımlarımızı beynəlxalq hüquq çərçivəsində atırıq. BMT nizamnaməsinin 51-ci maddəsində göstərilib ki, ərazisi təcavüzə məruz qalmış dövlətin fərdi və kollektiv müdafiə hüququq var. Biz də bu hüququmuzdan istifadə etdik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam