Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

"YA MÜHASİRƏYƏ DÜŞMƏK, YA DA QAÇMAQ...” –“Generallar Putini inandıra biliblər ki...”

Yenixeber.org: Belə ki, Kremlə yaxın bəzi mənbələrin bildirdiyinə görə, rus ordusunun Xarkov istiqamətindəki acınacaqlı və çıxılmaz vəziyyəti Putinə çatdırıldıqdan sonra o, şəxsən özü qoşunların İzyum, Kupyansk və digər şəhərlərdən çıxarılaraq, Donetskə geri çəkilməsinə dair göstəriş verib.

Bu mövzuda Ukrayna kanallarının birinə açıqlama verən rusiyalı tanınmış müxalifətçi, siyasi fəal və politoloq Abbas Qalyamov Putini bu qərarı verməyə yüksək rütbəli hərbçilərin məcbur etdiyini bildirib.

Qeyd edək ki, “Moskow Times” nəşrinin məlumatına görə, cümə günü Putinin Təhlükəsizlik Şurasında topladığı qapalı operativ müşavirədə güc strukturlarının rəhbərləri də daxil olmaqla, 12 yüksək rütbəli məmur iştirak edib. Qalyamov deyib ki, bu müşavirədə hərbçilər Putini Xarkov istiqamətində vəziyyətin acınacaqlı olduğuna inandıra biliblər: ”Onlar cəbhədəki vəziyyəti müzakirə ediblər. Təklif olunub ki, ya 10 mindən artıq hərbçi ilə mühasirəyə düşmək riskini gözə alaraq, dayanmağa çalışırıq, ya da biabırçılıqla geri qaçırıq. Generallar Putini inandıra biliblər ki, geri çəkilmək labüddür. Əlbəttə ki, Putin ümumi siyasi xarakterli səbəblərdən geri çəkilmək istəmirdi.

Ancaq generallar onu inandıra biliblər ki, biz indi geri çəkilməsək, bir həftədən sonra “kotyol”a düşəcəyik və hər şey indikindən yüz dəfə daha pis olacaq. Mən 101 faiz əminəm ki, Təhlükəsizlik Şurasının bu müşavirəsi təsadüfi deyildi. O, formal olaraq guya hərbi sənaye kompleksinə, hərbçilərin sosial vəziyyətinə və s. həsr olunsa da, orada əsasən cəbhədəki vəziyyəti necə xilas etməyin yolları müzakirə edilib. Və göründüyü kimi, onlar orada yaxşı heç nə fikirləşə bilməyiblər...

Xatırladaq ki, sentayabrın 8-də başlanan əks-hücum nəticəsində Rusiya ordusunun 5 aya işğal etdiyi İzyum, Kupyansk, Balakleya kimi şəhərləri və digər əraziləri Ukrayna Ordusu cəmi 4 günə azad edə bilib.

“AzPolitika”   


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam