Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

PUTİN VƏ PAŞİNYAN HƏMFİKİR OLDU... -“Rusiya bizi Xankəndindən uzaq tutmağa çalışır”

Yenixeber.org: “Brüssel görüşlərindən sonra Ermənistan siyasi rəhbərliyinin Moskvaya çağrılması ənənəsinə sadiq qalan tərəflər bu dəfə də zamanı fövtə vermədilər. Məlumdur ki, Paşinyan Uzaq Şərqdə Putinlə, Mirzoyan isə Moskvada Lavrovla görüşüb. Bu görüşlər haqqında verilən rəsmi xəbərlərdən konkret bir təsəvvür yaranmasa da, bilirik ki, Rusiyadakı görüşlərdən sonra indiyədək həyata keçən bir razılaşma olmayıb”.

Bunu təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Ermənistan rəsmiləri ilə Rusiya rəhbərliyi arasında keçirilən görüşüləri şərh edərkən bildirib.

Ekspert vurğulayıb ki, 44 günlük müharibədən sonra baş verənlər, Ermənistan və Kremlin uzlaşdırılmış siyasəti nəticəsində getdikcə 26 illik “atəşkəs dövrü”nə bənzəməyə başlayır: “Avropa da, Rusiya da, hətta Ermənistan da sülhdən danışır və təəssüf ki, yalnız danışırlar, reallaşan sülhə tərəf addım isə..., hələ ki, yoxdur. Səbəbi də sadədir, danışıqları aparan tərəflərin və vasitəçilərin sülh haqqında fərqli yanaşmaları və ona uyğun siyasətləri olduğundan fikirlər üst-üstə düşmür. Azərbaycanın yanaşması beynəlxalq hüquqa, BMT Nizamnaməsinə, beynəlxalq hüququn ərazi bütövlüyü kimi imperativ prinsiplərinə əsaslandığı üçün Rusiya və Ermənistan bu siyasətə açıq etiraz və irad bildirməkdən çəkinirlər. Amma müəyyən şərtlər irəli sürməklə də sülh müqaviləsinin imzalanmasının zaman məsafəsini süni şəkildə uzadırlar”.

İ.İsmayılın sözlərinə görə, indiyədək Qərbin də mövqeyində ikili standartlar olsa da, nəhayət Brüssel zamanın süni şəkildə uzadıldığının fərqindədir və istər ikinci, istərsə də sonuncu görüşdə razılaşmaların reallaşması üçün konkret vaxt müəyyənləşdirib.

“Amma Brüsseldə söz verib razılaşan Ermənistan rəhbərliyi Kreml liderləri ilə görüşəndən və ya telefon danışıqlarından sonra adətən hadisələr əks istiqamətdə cərəyan etməyə başalayır və indi də o proses davam edir”, - o qeyd edib.



Ekspert əlavə edir ki, Ermənistanın Baş naziri Azərbaycanla ilin sonunadək sülh müqaviləsinin bağlanmasının mümkünlüyü barədə öz yaxın ətrafına məlumat verir, Ararat Mirzoyan isə Azərbaycanın təklif etdiyi beş maddə ilə prinsipcə razı olduqlarını deyir: “Amma “dağlıq Qarabağ”la əlaqədar əlavə şərtlərinin olduğunu və bu şərtlər nəzərə alınmazsa “hərtərəfli sülhdən söhbət gedə bilməz” deyərək, faktiki sülh müqaviləsini dalana doğru aparır. Mirzoyan bu bəyanatını hələ Moskvaya səfərə getməmiş, Sergey Lavrovla telefon danışığından sonra 3 sentyabrda açıqlamışdı”.

İlham İsmayılın sözlərinə görə, Putin “təbii ki, ən həssas məsələlərdən biri də “dağlıq Qarabağ” ətrafında təhlükəsizliklə bağlı vəziyyətidir”-deməklə, Qarabağ probleminin Rusiyadan asılılığını, başqa vasitəçiyə ehtiyac olmadığını vurğulamış olub: Paşinyan da tələsik Rusiya lideri ilə həmfikir olduğunu təsdiqələyərək “...Rusiya sülhməramlılarının “dağlıq Qarabağ”dakı missiyası.. asan missiya deyil, biz bu barədə dəfələrlə danışmışıq. Ümumiyyətlə, “dağlıq Qarabağ”da təhlükəsizliyin təmin olunması baxımından bizim hər zaman müzakirə etdiyimiz nüanslar var və hesab edirəm ki, bu gün də bu məsələləri müzakirə etmək çox faydalı olardı”-deyir.

Uzaq Şərqdə iki ölkə rəhbərinin Qarabağdan detallı olaraq nəyi müzakirə etdiyi məlum olmasa da, bir məsələ məlumdur: Rusiya və Ermənistanın birgə siyasəti münaqişənin son mərhələsinin tezliklə həll olmamasına , sülh müqaviləsinin imzalanmasını qeyri-müəyyən zamana sürüklənməsinə hesablanıb. Bunun üçün Rusiyanın da, Ermənistanın da xeyli bəhanələri, yalançı sülh istəyi mövcuddur. Paşinyanın dediyi “hər zaman müzakirə olunan nüanslar”ın zaman başlanğıcının yaşı az deyil. Ona görə də Xankəndidə separatçı rejim hələ də ayaqdadır”.



İ.İsmayıl daha sonra qarşıda uzun- uzadı çəkəcək proseslərə diqqət etməyi tövsiyyə edir: “Noyabrda ikitərəfli komissiya Brüsseldə görüşüb delimitasiya işlərini müzakirə edəcək; Brüssel razılaşmasına görə hər iki dövlətin XİN rəhbərləri “bir ay müddətində mətn layihəsini hazırlamağın şərtlərini” müzakirə edəcəklər, noyabrda isə ölkə liderləri Brüsseldə görüşüb sülh müqaviləsi layihəsinin mətnini müzakirə edəcək; sərhədlərin delimitasiya və demarkasiya işlərinə qış fəslindən sonra hazırlıq görülməsi üçün yenidən görüşmək razılaşdırılacaq; Zəngəzur dəhlizi ilə əlaqədar danışıqlar davam edəcək, yolun çəkilməsi müzakirə olacaq və qərara alınacaq ki, yol çəkilişi bitəndən sonra statusu müəyyənləşdirilsin və sairə bu qəbildən aylarla uzanan danışıqlar davam edəcək”.

Onun sözlərinə görə, danışıqlar davam edir, Xankəndidə isə separatçı rejim daxilə və xaricə hesablanan addımlar atmaqla qeyri-müəyyənlikdə çabalayan Qarabağ ermənilərinə ümid verməyə çalışırlar: “David Babayanın ABŞ-a səfəri, Rusiya milyarderinin xoşbəxt gələcək xəyalları ilə Xankəndində yerləşmək planlarının hədəfi miqrasiya meyllərinin qarşısını almağa hesablanıb. Təbliğatlarından da qalmırlar. Diasporanın təşəbbüsü ilə bu günlərdə terrorçu, 1992-də Şuşanın işğalında iştirak edən Aşot Qulyanın məktəb qarşısında qoyulan büstünün açılışını edir, büstün Şuşaya baxdığını və bunun bir simvol olaraq gələcəkdə Şuşanı “azad etmək” haqqında məktəblilər arasında təbliğatını aparırlar. Rusiya bizi Xankəndi və ətrafından maksimum uzaq tutmağa çalışır”.

Ekspert vurğulayır ki, işin başından- Xankəndidən yapışmalıyıq: “Əks halda müzakirə olunan “nüanslar” göstərir ki, məğlub ölkə havadarına güvənərək sülhdən qaçır. Qaçanı isə qovarlar, bütün vasitələrlə Ermənistanı məcbur etməliyik. Bu vasitələrin başında Xankəndinə Azərbaycan dövlət nəzarətinin bərpasının gündəmə gətirilməsi durur. 10 Noyabr 2020 bəyanatında keçmiş dağlıq Qarabağ ərazisinə azərbaycanlı qaçqınların doğma yurdlarına qayıtması müddəasının həyata keçirilməsi, bu siyasətin başlanğıcı olmalıdır. Başqa siyasi-hərbi variantlar, istiqamətlər də var. Ümumiyyətlə, Brüssel görüşündən sonra Ermənistanın və Rusiyanın sərgilədiyi mövqe apardığımız siyasətdə bəzi sərt korrektələr etməyi tələb edir”.

“Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam