Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

“RUSİYA “YATMIŞ DİVİ” OYADIB...” -Almaniya misli görünməmiş silahlanma yolunu tutur

Yenixeber.org: Avropanın iqtisadi cəhətdən ən güclü ölkəsi olan Almaniya İkinci Dünya Müharibəsindən sonra ilk dəfədir ki, böyük silahlanma layihəsini həyata keçirmək istəyir. Həmin layihə çərçivsində gələcək perspektivdə Avropa Birliyinin birləşmiş silahlı qüvvələrinın yaradılması da nəzərdə tutulur. Belə görünür ki, Rusiyanın Ukraynaya müdaxiləsi gözlənilmədən “yatmış divi” oyandırıb. Avropanın NATO-dan asılı olmayan hərbi nəhəngə çevrilməsi dünyada yeni geostrateji yerdəyişmələrə yol aça bilər.

Almaniyanın “Junge Well” qəzeti “Bundesver üçün yeni dövr” başlıqlı məqaləsində Almaniyanın silahlanma perspektivi ilə bağlı planlarına toxunub.

Həmin məqaləni təqdim edirik: ”Almaniyanın koalisya hökuməti Ukraynadakı müharibəni bundesverin yenidən silahlanması planını həyata keçirmək üçün fürsət kimi istifadə edir. Olaf Şolts Avropa Birliyinin hərbiləşdirilməsini istəyir. Almaniya hökuməti “silhasızlanma əvəzinə silahlanmaya keçid” şüarını rəhbər tutmağa başlayır.

1 sentyabr beynəlxalq sülh uğrunda mübarizə günü ərəfəsində Praqada çıxış edən Almaniyanın federal kansleri Olaf Şols Avropa Birliyinin hərbi potensialının birləşdirilməsi və silahlanma imkanlarının gücləndirilməsinin vacibliyindən danışıb.

2015-ci ildə Almaniya Maliyyə Nazirliyi müdafiə sferasındakı xərclərdə dəyişkiliyə gediləcəyini bəyan etmişdi. O vaxtdan indiyədək müdafiə büdcəsi orta hesabla illik 7,5 faiz artıb və NATO kriteriyasına müvafiq olaraq 40 milyard avrodan başlayaraq yüksəlişə doğru gedir. Yaxın zamanlarda Almaniyanın hərbi büdcəsi 80 milyard dollara çatacaq. Beləliklə, 2014-cü ildə müdafiə büdcəsinin ölkənin Ümumi Daxili Məhsulunun iki faizini təşkil etməsi barədəki qərar yerinə yetiriləcək. 2030-cu ilə kimi Almaniya Müdafiə Nazirliyinin büdcəsinin təxminən 100 milyard dollar olacağı nəzərdə tutulur.

Həlledici sıçrayış 2025-ci ildə gözlənilir. Belə ki, 2024-cü illə müqayisədə 2025-ci ildə silahlanmaya 25 faiz daha çox pul xərclənəcək. 2021-ci ildə NATO ölkələrinin hərbi ehtiyaclara çəkdikləri ümumi xərc Rusiya hərbi büdcəsini 18 dəfə üstələyib. Amma onlar xərcləri bununla məhdudlaşdırmaq fikrində deyillər. Bəli, indi “silahlanma yarışı” kimi nəcibləşdirilmiş ifadə altında “öldürmək uğrunda yarış” tarixinin təkrarlandığını söyləyə bilərik.

Əslində, Bundesverin silahlanması planı çoxdan var idi, ancaq bu, siyasi motivlərə görə reallaşmırdı. Almaniya ərazisində nüvə silahının yerləşdirilməsinə sosial-demokratlar, yaşıllar və liberallar koalisiya müqaviləsində razılıq veriblər. Atom bombası daşıya bilmək qabiliyyətinə malik ABŞ-ın “F-35” qırıcılarının alınması təşəbbüsü ilə hələ Merkel hökuməti çıxış edib.

2017-ci ildə Angela Merkel və Emmanuel Makron Almaniya və Fransanın “görünməz” bombardmançı təyyarə istehsalı ilə bağlı nəhəng layihəsini ictimaiyyətə təqdim ediblər. Bu layihənin həyata keçməsi üçün təkcə onun istehsala qədərki texniki layihələndirilməsinə və müxtəlif hazırlıq işlərinə 100 milyard avro sərmayə qoyulacaq. Layihənin tam şəkildə yekunlaşmasına təxminən 500 milyard avro xərclənəcək.

Deyilənə görə, bu silah sistemi Avropanın havadakı qlobal üstünlüyünü tam təmin edəcək. Şoltsun Praqadakı bəyanatının ruhu Avropa Birliyində silah istehsalının artırılması və 2025-ci ildə Almaniyanın rəhbərliyi altında Avropa Birliyinin hərbi qərərgahının yaradılması, həmçinin də Almaniyanın qonşu dövlətlərlə birgə Hava Hücumundan Müdafiə sistemləri qurması məqsədinə uyğun gəlir.

Şolts tələb edir ki, Avropa Birliyi dünya siyasətində iştirak edən geosiyasi Avropaya çevrilsin. Uzaq perspektivdə NATO-dan asılı olmayan Avropa Birliyi silahlı qüvvələri yaradılması nəzərdə tutulur.

Beləliklə, sülh uğrunda mübarizə günündə Almaniya misli görünməmiş silahlanma yolunu tutur. Tam silahlanmış Almaniya növbəti addımı ata bilər. Bu, Rusiya ilə müharibədir. Hazırda Almaniya Ukraynaya silah verməklə bu müharibənin iştirakçısıdır”.

“Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam