Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

“ÖLÜMLƏ ŞAHMAT OYNAMAYIN...”–Medvedev yenə Qərbi “qiyamət günü” ilə hədələdi

Təhlükəsizlik Şurasının katibi Rusiyanın imperiya olduğunu etiraf etdi 

Yenixeber.org:  Ukraynada işğalçı müharibə başlayan ilk günlərdən özündən razı bəyanatlar verən Rusiyanın sabiq prezidenti, Təhlükəsizlik Şurası(TŞ) katibinin müavini Dmitri Medvedev zaman keçdikcə, aqressivləşir və tez-tez nəinki Qərbi, hətta bütün dünyanı məhv etməklə hədələyir.

Dmitri Medvedev öz sosial şəbəkə səhifəsində Mixail Qorbaçovun dəfn olunduğu gün etdiyi paylaşımda SSRİ-nin dağılmasında Qərblə yanaşı, Qorbaçovun başında durduğu o vaxtkı ölkə rəhbərliyini günahlandırıb: “Olduqca aşkar və hər bir dövlətin taleyi üçün olduqca təhlükəli situasiya barədə danışmaq istərdim. Dövlət institutlarının bir anda çökməsindən. Hansı ki, bu, Sovet hakimiyyətinin tənəzzülü ərəfəsində baş verirdi. Məhz bu cür deqradasiya dövlətin qarşısıalınmaz şəkildə dağılması prosesini işə salır. Yaxşı yadımdadır, 1991-ci ildə mərkəzi hakimiyyətin aktları yerlərdə praktiki olaraq həyata keçirilmirdi...

Dövlət maşınının orqan və strukturlarından sanki bütün hakimiyyət iradəsini, inzibati idarəçiliyin səmərəliliyi və qəbul edilmiş qərarlara nəzarət gücünü çəkib çıxarmışdılar. İttifaq mərkəzinin bütün əmrləri sanki vakkuma, dedi-qodu bataqlığına və sakit sabotaja düçar olurdu...”

Medvedev bu xatırlatmasının təsadüfi olmadığını və Qərbin eyni ssenarini indi də Rusiyaya qarşı gerçəkləşdirməyə çalışdığını bildirib və Ukraynada baş verənləri də bununla əlaqələndirib: “Onlar hər şey edirlər ki, Rusiyanın dövlət institutlarının işləməməsinə nail olsunlar. Çalışırlar ki, 1991-ci ildə olduğu kimi, ölkəni effektiv idarəetmədən məhrum etsinlər və nəticədə Rusiyanı siyasi səhnədən uzaqlaşdırsınlar...

Bir çox Qərb siyasətbazları uca səslə deyirlər ki, ispan imperiyası dağıldı, ingilis imperiyası və digər imperiyalar dağıldı, Rusiya imperiyası isə yox. Hətta SSRİ-nin dağılmasına baxmayaraq. Guya bu, pisdir...”.

Medvedev bununla Rusiyanın imperiya olduğunu və Kremlin məqsədinin bu imperiyanı nə yolla olursa-olsun, saxlamaq olduğunu etiraf edib. Ancaq əslində, Medvedev həm də bu müqayisəsində dolayısı ilə hazırkı Rusiyanın SSRİ-nin aqibətini yaşamaq ərəfəsində olduğunu etiraf etmiş olub.

Ardınca, TŞ katibinin müavini növbəti dəfə Qərbi və bütünlükdə bəşəriyyəti nüvə silahı ilə təhdid edib: “Bu xəyalpərəstlər bilərəkdən sadə aksiomanı inkar edirlər – nüvə dövlətinin zorla dağıdılması hər zaman ölümlə şahmat oynamaq deməkdir. Bu oyunda dəqiqliklə hər bir gediş məlumdur, nə zaman şah, nə zaman mat olacaq. Bəşəriyyətin qiyamət günü!”

Medvedev sonda bildirib ki, “böyük Rusiyanın varlığının ən yaxşı təminatçısı strateji nüvə silahı arsenalıdır”. Göründüyü kimi, bununla Medvedev həm də dolayısı ilə rus ordusunun adi savaşda gücsüzlüyünü, Ukraynada biabırçı uğursuzluqla qarşılaşdığını və Rusiyanın yeganə ümid yerinin nüvə silahı olduğunu etiraf etmiş olub.

Onu da qeyd edək ki, Kremlə yaxın çevrələrin mətbuata sızdırdığı məlumatlarda son dövrlərdə Medvedevin spirtli içkilərə həddindən artıq aludə olduğu, məcburən alkoqolizmdən müalicəyə cəlb olunsa da, bundan imtina etdiyi və Putinin xoşuna gəlmək üçün aqressiv, radikal paylaşımlar, çıxışlar etdiyi bildirilir. Hətta bəzən bu paylaşımların “dozası” həddən artıq yüksək olduğundan Kremlin onları sildirdiyi də məlumdur...

“Azpolitika”  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam