Azərbaycanda ilk seçki necə keçirilmişdi –TARİXİ ARAŞDIRMA
Yeganə Kamal Cabbarlı
Yenixeber.org: Tarıx boyu türklər müstəqil, azad dövlətlər qurmağa çalışıblar. Lakin bu dövlətlərin yıxılma səbəbi demək olar ki, həmişə eynidir: xarici düşmənlərin müxtəlif yollarla dövlətləri zəiflətməsi və daxili çəkişmələr.

Azərbaycan da bir türk dövləti olaraq belə bir tarix yaşayıb. Azərbaycan Xalq Cümhuriyyətiyaranana qədər qonşu İran və Rusiya imperiyaları tərəfindən dəfələrlə işğala məruz qalıb. XX əsrin ilk onilliyinin sonlarına doğru siyasi iflasa - yıxılmağa üz tutmuş Rusiya imperiyasının çöküşü Azərbaycan Cümhuriyyətinə keçidə stimul verdi.
Təməlində milli birlik dayanan ilk müstəqil və demokratik bir türk dövləti – Azərbaycan Cümhuriyyətinin doğuşu 28 may 1918–ci il tarixi oldu. Həmin gün dünyada demokratik bir Hüquq Dövləti – Azərbaycan Cümhuriyyəti quruldu. Azərbaycan Cümhuriyyəti milli birliyin, vətən bütünlüyünün və milli müstəqilliyin böyük həyəcan və inamla qəbullandığı bir siyasi mübarizənin nəticəsi olaraq milli iradəyə söykənən, insan hüquq və azadlıqlarını müdafiə edən və belə bir dəyişikliyə Şərqdə ilk bayraq tutan dövlət oldu.
Bu, bizim müstəqillik və istiqlal tariximizin qürurverici bir başlanğıcı idi. Bütün çətinliklər və ağır həyat şərtlərinə rəğmən, tarix boyu azadlığa can atan Azərbaycan xalqı, nəhayət, müstəqilliyinə qovuşdu.
Vətəndaşı hürr olmayan, insan qürur və heysiyyatına, onun şərəfinə hörmət göstərilməyən, haqq və hüquqların qorunmadığı bir cəmiyyətdə azad və müstəqil bir dövlətin dayanıqlı və uzunömürlü olmasının mümkün olmadığını qəbul edən Azərbaycan Cümhuriyyəti hökuməti öz varlığını istiqlal Bəyannaməsi ilə elan etdi.
Azərbaycan Cümhuriyyəti üçün demokratik dəyərlərə söykənən azad və müstəqil bir dövlət kimi mövcudluğunun qorunması ən vacib şərt idi. Bunun yolu isə hər şeydən əvvəl, ölkədə ali hakimiyyət orqanı olan Parlamenti formalaşdırmaqdan keçirdi. Hakimiyyət orqanlarının isə formalaşması üsulu seçkilərlə ifadə olunurdu.
“Seçki hüququ” anlayışının istifadə arealı müxtəlifdir: birincisi, geniş mənada bu, seçki prosesini başdan–ayağa qədər idarə edən hüquq və normalar məcmusu kimi, ikincisi isə, məhdud çərçivəni əhatə etməklə seçkilərdə iştirak etmək hüququna imkan verən qaydaları tənzimləyən normalar kimi başa düşülür. Seçkilərə yanaşma da dövlət quruculuğu forması və ölkədəki siyasi rejimin modeli ilə eyni konteksdə olmalıdır.
Seçki prosesi konstitusion – hüquqi üsullarla tənzimlənir və seçkilər siyasi institut kimi cəmiyyətin siyasi sisteminin vacib tərkib hissəsidir. İstənilən siyasi institutun ən vacib funksiyası isə ölkədə siyasi sabitliyin təmin edilməsidir. Bu mənada, seçki institutu da xüsusi əhmiyyət kəsb edir: birincisi, mövcud tarixi şəraitdə həmin mövcud cəmiyyətdə bütün digər siyasi institutların formalaşması mexanizmini təşkil edir və əsas siyasi institutların fəaliyyətinin tənzimlənməsini həyata keçirir; ikincisi, hakim institutların legitimlik vasitəsidir və siyasi sabitliyə birbaşa və bilavasitə təsir göstərir.
Bütün cəmiyyət institutlarının stabilliyi və qəbul olunmuş sosial dəyərlərin (əmək, təhsilin əlçatan olması, tibbi xidmət, ailənin qorunması və s.) çoxluğu seçki institunun təsirlilik gücünü artıran sosial amillər içərisində ən əhəmiyyətlisidir. Bütövlükdə isə elektoral əxlaq siyasi əxlaqın daha kütləvi və qanuni formasıdır. Özlüyündə elektoral qaydalar siyasi məqsədlər üçün həm də manipulyasiya vasitəsidir. Yəni ümumi səsvermənin keçirilməsi siyasi fəaliyyət qaydalarını əhəmiyyətli dərəcədə dəyişir və xalq siyasi səhnənin daimi aktoruna çevirilir. Seçki vasitəsilə xalq öz nümayəndəsini müəyyən edir və öz mandatıyla suveren hüquqlarını həyata keçirir.
Siyasi şəraitlə yanaşı, demokratik ənənələrin varlığı, vətəndaş cəmiyyətinin inkişafı, çoxpartiyalılıq, möhkəm hüquqi baza və azad mətbuatın olması da seçkilərin təsirliliyinin artırılmasını şərtləndirən digər amillərdir. Lakin bütün bunlarla yanaşı, olduqca vacib bir amil də unudulmamalıdır: xalqın tarixi - mənəvi dəyərlərə söykənən milli özünüdərk xüsusiyyətinin formalaşması. Bu isə ilk növbədə ölkənin tarixi inkişaf prosesi, dəyişən dünyadakı yeri, vətənpərvərlik anlayışı və vətəndaşlıq məsuliyyətinə bağlı təzahür edir.
Hazırda dünyanın demokratik dövlətlərinin əksəriyyətində olduğu kimi, Azərbaycan dövlətinin də konstitusiyasının əsasında ümumi seçki hüququ dayanır və ölkədə seçkilər BMT-nın demokratik seçkilərlə bağlı memorandumuna uyğun aparılır: bütün seçicilər bərabər səs hüququna malikdirlər; bütün vətəndaşlar seçkilərdə bərabər əsaslarla iştirak edir; seçkilər müddətlidir, yəni diktatorlar və ömürlük prezidentlər seçilmir; seçkilər rəqabətlidir, yəni müxalif partiya və namizədlərin də söz, yığışmaq, fəaliyyət və seçilmək azadlığı vardır; seçkilər səlahiyyətlidir və müxtəlif siyasi partiyalar müxtəlif sosial qrupların maraqlarını təmsil edir; seçkilərin nəticələri qətidir, yəni seçkilər ölkənin və ya regionun kimin tərəfindən idarə olunacağını müəyyən edir.
Azərbaycanda seçki sisteminin təşəkkülü və inkişafı tarixi XIX əsrin sonlarından başlayır. XX əsrin əvvəllərindən isə seçki hüququ və seçki mədəniyyətinin formalaşması xüsusi siyasi əhəmiyyət qazanıb.
Ölkədəki seçki hüququ analoji olaraq Rusiya imperiyası seçki sisteminin baza spesifikasını özündə ehtiva edirdi. Nəzərə alsaq ki, Azərbaycanda Xalq Cümhuriyyətinin qurulmasına qədər olan 118 illik bir təbəəlik dövrü tarixi Rusiya imperiyası ilə bağlıdır, onda imperiyadaxili idarəetmə və qanunvericiliyin əsas mexanizmlərinin tətbiqi və reallaşdırılması prinsiplərinin bütün fəaliyyət sahələrini əhatə etməsi də təbii bir proses idi.
Azərbycan Rusiya imperiyası tərəfindən işğal edildikdən sonra ümumimperiyaqanunvericiliyi burada da tədricən tətbiq olunmağa başlayır. Bütün imperiyada vahid qanunvericilik aktları olan “Rusiya imperiyasının tam qanunlar külliyyatı” və “Rusiya imperiyasının qanunlar toplusu” fəaliyyət göstərirdi. Sosial – iqtisadi münasibətlərin inkişafı fonunda inzibati, məhkəmə - hüquq, kənd təsərrüfatı, vergilər və s. sahələrdə islahatların aparılması zərurəti yaranırdı. Bu islahatlar aparılarkən çar hökuməti müsəlman əhalinin idarə olunması ilə bağlı xüsusi yanaşmanın və müsəlmanlara münasibətdə yeni normativ aktların qəbul olunmasını vacibliyini dərk edirdi. Azərbaycan müsəlmanlarının gündəlik həyat və fəaliyyətini tənzimləyən (mülki,ailə, irsi münasibətlər və s.) normaların dəyişdi-rilməsi əslində dolayısı ilə müsəlmanların hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarırdı.
İmperiya hökumətinin dini hüquqların təşəkkülü sahəsində ilk addımı məhkəmə - inzibati islahatlarının yenidən sistemləşdirilməsi və yenilənməsi sahəsində islahatlar olur: “Zaqafqaziya müsəlman şiə məzhəbi ruhanilərinin idarə olunması haqqında”(1849) və “Zaqafqaziya müsəlman sünni məzhəbi ruhanilərinin idarə olunması haqqında” (1872) qanun qəbul edilir.
XIX əsrin ikinci yarısından etibarən Rusiya imperyasında feodal -burjua münasibətləri yeni mərhələyə qədəm qoyur və burjua islahatları yeni hüquq sisteminin formalaşmasına ciddi təsir göstərir. Artıq burada hüquq və normaların tənzimlənməsində yuxarı zadəgan təbəqəsinin də təsiri ilə burjua münasibətləri möhkəmlənməyə və inkişaf etməyə başlayır. Bunun fonunda Rusiya dövlətində seçki sistemi tədricən təşkilati və normativ – hüquqi möhkəmliyə çatır və burada majoritar sistem üzrə seçkilər formalaşır. Seçki sistemində ciddi sıçrayış isə Rusiya Dövlət Dumasının formalaşması ilə başlayır: 6 dekabr 1905 – ci ildə “Dövlət Dumasına seçkilər haqqında Nizamnamə” qəbul olunur. Nizamnaməyə görə Dumaya seçkilər senz nümayəndəliyi əsasında keçirilirdi və silki prinsipdən imtina edilirdi.
Dumaya üzvlük müddəti 4 il, seçki hüququ isə məhdud idi: 25 yaşından yuxarı olan olan, daşınmaz əmlakı və ya qiyməti 1500 rubldan az olmamaq şərtilə ticarət və ya sənaye müəssisələrinə malik kişilər Dumaya üzv seçilə bilərdi; Qadınların seçmək və seçilmək hüququ yox idi; o cümlədən, tələbələrin, ordu və donanmanın hərbi çinliləri və köçəri yabançıların, həmçinin, xarici təbəələrin də seçki hüququ yox idi. Belə məhdudiyyət ucbatından əhalinin yalnız 2-3 faizi seçkilərdə iştirak edə bilərdi.
Ümumiyyətlə, imperiyada seçkilər xarakter etibarı ilə ümumxalq seçkiləri deyildi. 11 dekabr 1905-ci ildə “Dövlət Dumasına seçkilərlə bağlı qanuna dəyişikliklər və əlavələr haqqında sərəncam” verilməklə seçicilərin əhatəsi dəyişdirildi. Sərəncama görə seçki hüququ yalnız istehsalat və ictimai-faydalı əməklə məşğul olaraq yaşamaq üçün vəsait əldə edə bilən insanların haqqı idi. Lakin seçkilərin silki – kuriya prinsipi (mülkədarlar,şəhərlilər, kəndlilər və fəhlələr) əsasında aparılması nəzərdə tutulsa da seçkilər qeyri – səmimi və qeyri - bərabər aparılırdı.
Seçki sistemində daha bir addım isə 3 iyun 1907-ci il qanunu ilə reallaşdı: seçkilər imperiyanın quberniya və qəzalarında quberniya zadəganlarının sədrlikləri ilə aparıldı. Səsverənlər qəzalardan seçilmiş seçicilər idi, yəni əslində seçkilər yenə də dolayısı ilə aparılırdı.
Rusiya imperiyasının yeni – proporsional seçki sistemi isə 1917–ci ilə təsadüf edir. Bu, Rusiya Müvəqqəti Hökumətinin qəbul elədiyi “Müəssisanlar Məclisinə seçkilər haqqında qanun”un qəbul edilməsi ilə gerçəkləşir. Həmin qanunun I maddəsi ilə seçkilər ümumi və bərabərhüquqlu idi. Seçkilərdən kənarlaşdırılanlar xəstəlikləri xüsusi qaydada təsdiq edilmiş ağıldankəmlər və dəlilər, həmçinin, karlar, başqalarının himayəsində yaşayanlar, hərbi dezertirlər və s. kateqoriyadan olan vətəndaşlar idi.
Seçkilərin əsasını proporsional sistem təşkil edirdi: deputatlar partiyalar tərəfindən təqdim edilən siyahıya verilən səslərin faizinə görə seçilirdi; ayrı – ayrı vilayətlərdə isə istisna olaraq majoritar sistem qəbul edilirdi.
Azərbaycanda isə geniş əhali kütləsinə ilk seçki hüququ o zamanın mötəbər orqanı olan Bakı Şəhər Dumasının formalaşmasında iştirak etmək üçün keçirilən seçkilərdə verilmişdi. Bakı Şəhər Dumasının yaradılması ilə əlaqədar Senat 1877–ci ilin 24 may tarixində “Bakışəhərində Şəhər Nizamnaməsinin tətbiq edilməsi barədə” fərman verir. Fərmanda Duma üzvlərinin seçilməsi üçün bütün hazırlıq işlərini həyata keçirilməsini təmin edəcək komissiyanın yaradılması və tikinti sahəsi istisna olmaq şərtilə bütün idarələrə Şəhər Nizamnaməsinin 2 – ci maddəsindən irəli gələn şəhər ictimai idarəetməsinə dair nəzərdə tutulan hökumət tədbirləri təqdim edilməsi tabşırılır.
Beləliklə, Bakı Şəhər Dumasının yaradılması (1878–ci il ) ilə seçki sistemində ciddi bir sıçrayış olur. Bakının ilk Şəhər Dumasına 72 nəfər üzv seçilmiş, sonralar isə onların sayı 75 nəfərə qaldırılmışdı. Duma üzvlüyünə seçkilər xüsusi iclaslarda keçirilirdi. Dumada azərbaycanlıların da təmsil olunmaq hüququ vardı. Lakin azərbaycanlıların sayı ümumi üzvlərin sayının yarısından çox olmamalı idi.
Özgə millətlərə gəldikdə isə, 1892–ci il qanununa görə xristianlar Bakı Şəhər Duması üzvlərinin ⅓ - i, 1900–cü il qanununa əsasən isə yarısını təşkil edə bilərdilər. Dumaya Şəhər bələdiyyə idarəsinin rəisi (Şəhər başçısı) sədrlik edirdi.
XX əsrin əvvəllərində İmperiya zülmündən azad olmaq istəyən Cənubi Qafqaz xalqları içərisində İnteqrasiya meyllərinin güclənməsi prosesi fonunda müstəqil dövlət qurmaq yolunda çağırışlar səslənməyə başlayır. Müstəqil Azərbaycan Cümhuriyyətinin yaranması və istiqlalına qürurlu bir başlanğıc verən Məclisi-Müəssisan isə olduqca çətin bir tarixi şəraitdə çağırılır. Rusiya Müəssisanlar Məclisinə Azərbaycandan seçilmiş deputatlarından ibarət Məclis toplanır və Azərbaycan hökuməti azadlıq adlı bu çətin yola Parlamentlə davam etməyi qərarlaşdırır.
Səlahiyyətli bir Məclis üçün deputatların sayı yetərli deyildi və cümhuriyyətin bütün bölgələrini əhatə edəcək qədər deputatların seçilməsi məqsədilə Parlament seçkilərinin keçirilməsi zərurəti yaranmışdı. Lakin seçki haqqında qanunun olmaması Məclisi – Müəssisanın toplanmasına əngəl yaradırdı.
14 sentyabr 1918-ci ildə Azərbaycan Hökuməti “Məclisi-Müəssisan intixabatı haqqında” qərar verir. Həmin qərarda deyilirdi: “Məclisi-Müəssisan əsnasında dəstur almalı olacaq əsas qanunları tərtib verməkdən ötrü bir komisyon təsisinə heyət vükəla rəisi, daxiliyyə və məarif nazirlərinə müsaidə verilsin”. (“Azərbaycan Cümhuriyyəti Hökumətinin qanun və binagüzarlıqlari məcmuəsi” 1919-cu il, №3, maddə 187, səh.80 – 81)
Göstərilən qərarla əlaqədar həmin ilin 21 oktyabrında hökumət aşağıdakı məzmunda ikinci bir qərar imzalayır: “Məclisi-Müəssisan intixabatı layihəsini tərtib vermək üçün komisyon heyəti haqqında” 21 təşrini - əvvəl 1918–də hökumət qərar verdi: Məclisi–Müəssisan intixabatı layihəsini tərtib vermək üçün təşkil olunacaq komisyonun sədrliyinə Ümuri – Xeyriyyə naziri Musa bəy Rəfiyev, ənsarinə: Səhhəti – Ümumiyyə naziri müavini Həsən bəy Ağayev, Qasım Qasımov. Aleksandr Leontoviç.Məmməd Məhərrəmov, S.B.Rüstəmbəyov, Q.B.Ter Stepanov, Qasım Cəfərov, Y.N.Smirnov, M.Ya., şor,R.B.Axundzadə və dəvi vəkili Manonyan təyin edilsinlər”. (“Azərbaycan Cümhuriyyəti Hökumətinin qanun və binagüzarlıqlari məcmuəsi” 1919 – cu il, №4, maddə 246, səh.108-109)
1918 – ci il iyulun axırlarında Bakı şəhəri Bakı kommunası və bunun ardınca isə eser–menşevik və daşnak nümayəndələrindən ibarət “Sentrokaspi” diktaturasından təmizlənir.
Bakının azad edilməsi ilə bağlı gedən döyüşlər Nuru Paşanın komandanlığında olan Qafqazİslam Ordusunun qələbəsi ilə yekunlaşır və 1918-ci il sentyabrın 15–də Bakı azad edilir. Həmin il sentyabrın 17–də AXC hökuməti Gəncədən Bakıya köçür və Bakı cümhuriyyətin paytaxtı elan olunur. 16 noyabrda Azərbaycan Milli Şurası öz fəaliyyətini Bakıda yenidən bərpa edir. Həmin gün keçirilən iclasda hökumətin sədri F.X.Xoyski Milli Şura üzvlərinə müraciət edərək bildirir ki, Məclisi–Müəssisanı çağırmaq üçün hazırlıq işinə vaxtı çatmadığından, bu işi Milli Şura öz öhdəsinə götürsün.
Hökumət başçısınin bu təklifi Milli Şuranın noyabrın 19–da keçirilən iclasında geniş müzakirəyə çıxarılır. Həmin iclasda bildirilir ki, Azərbaycan Milli Şurasında Azərbaycan ərazisində yaşayan bütün millətlər təmsil olunmalıdır. Həmçinin, müxtəlif siyasi partiya nümayəndələrindən başqa, burada xalqın ayrı–ayrı təbəqələrinin nümayəndələrini də əhatə etməlidir. Milli Şura hazırki 44 nəfər nümayəndəsi ilə bu baxımdan qənaətbəxş deyil və belə nümayəndələrə Milli Şurada ehtiyac vardır.
Milli Şurada bildirilir ki, Bakı və Gəncə quberniyaları, Zaqatala dairəsi və İrəvan ilə Tiflisquberniyalarının bir hissəsi Azərbaycan ərazisini təşkil edir. Bu ərazilərdə Qafqaz təqviminə görə 2.750.000 nəfər əhali var. Onlardan 1.900.000 nəfəri müsəlman,500.000 nəfəri erməni, 230.000 nəfəri isə ruslardır. Hər 24 nəfərdən bir nümayəndə hesabı ilə müsəlmanlar – 80, ermənilər – 21, ruslar – 10, almanlar – 1, yəhudilər -1 nümayəndə göndərməlidirlər. Beləliklə, iclasda Azərbaycan Parlamentini 120 nəfərdən ibarət formalaşdırmaq qərara alınınr. (ARDA f. 895. siy.3, iş 187. Vərəq 1-2)
Nəhayət, gözlənilən gün gəlib çatır: 7 dekabr 1918–ci il, günorta saat 1:25. Bu, Azərbaycan parlamentinin açılış günü idi.
Milli Şuranın rəisi Məmməd Əmin Rəsulzadə parlamentin ilk iclasını bu sözlərlə açır: “Möhtərəm məbuslar! Azərbaycan Cümhuriyyətinin ilk Məclisi-Məbusanını açmaq jomi-səadəti, siz möhtərəm məbusları təbrik etmək şərəfinin öhdəmə düşməsilə müftəxirəm. Əfəndilər! Rusiyada zühur edən inqilabi-kəbir digər həqiqətlər arasında bir həqiqəti-bahirəyi dəxi elan etmiş idi. Bu həqiqət millətlərin həqiqi hürriyyət və istiqlalları idi. Rusiya inqilabı təbiətində mövcud olan ruhə sadiq qalaraq təbii yolu ilə inkişaf etsə idi, millətlərin hüququnu təmin ilə muxtariyyətlərdən mütəşəkkil azad və demokratik bir Rusiyəyi bir an əvvəl təsis edəcək idi. O vaxt təbii idi ki,Rusiyada yaşayan müsəlmanların da həyati-siyasiyyələri digər məhkum millətlərlə bərabər, başqa bir təriqdə cərəyan edəcəkdi. Millətlərə kəndi müqəddə-ratının təyinini pək səmimanə bir surətdə Rusiya Məclisi-Müəssisəsanından gözlədilər. Fəqət,Rusiyada inqilab və demokratik naminə zühur edən məkus bir istibdad nə kimi xarabalıqlar yaratdığını bilirsiniz. İnqilab naminə hökmfərma olan anarxiya və millətlərin hüququ elanından sonra verilən qatı mərkəziyyətçilik Zaqafqaziya millətlərini kəndi başlarının çarəsinə baxmaya sövq etdi. Zaqafqaziyada Rusiya Məclisi-Müəssisasına intixab olunan məbuslar kəndilərini vəkil edən cəmaətin hüququnu Zaqafqaziya “Seymini” təşkil və onun istiqlalını elan etməkdə gördülər.
Eyni məntiq nəhayət Azərbaycan əhalisi tərəfindən seçilən vəkillərin Şurayi-Milli təşkilinə sövq etdi, bu Şurayi-Milli isə Azərbaycan istiqlalını elan etmək zərurəti qarşısında qaldı. Azərbaycan istiqlalı elan olundu. (Alqışlar).
Bu gün əqəliyyət təşkil edən millətlərin nümayəndələri ilə qəzaların yeni nümayəndələri dəvət olunmaq üzrə iştə bu məclisi təşkil etmişdir.Bu məclis ümumi seçki üsulu ilə toplanaraq Azərbaycan Məclisi – Müəssisanı toplanıncaya qədər məmləkətimizin sahibi olacaq.Burada Azərbaycanda bulunan bütün millətlərin,təbəqələrn və müxtəlif cərəyanların nümayəndələri olduğundan bu məclis vətənimizi tamamilə təmsil edə bilər.
Əfəndilər! Bilirsiniz ki,bizim Rusiya cəmaətinə qarşı heç ədavətimiz və nifrətimiz yoxdur. Bezar olduğumuz Rusiya, çarizm Rusiyası, Rusiya istibdadıdır.Rusiyaya nifrətimiz Rusiya istibdadı altında inləyən Rusiya cəmaətına nifrət demək deyildir.Bizcə, mənfur olan Rusiya, millətləri əzəzn və hüquqlarını verməyən rəsmi Rusiyadır.Hər bir millət müstəqil və hürr olmalı, hürr olduqdan sonra digər millətlər ilə ürəyi istədiyi kimi əqdi – ittifaq etməlidir.Bütün dünya millətlərinin “Cəmiyyəti - əqvam” vücuda gətirilməsi bizim ən müəzziz fikirlərimizdəndir. Bu “Federasyonçularla deyi, təbii bir meyl və arzu ilə hasil olmuşdur. (Alqışlar)...
...Biz Rusiyanın səadətini istəriz, Rusiya camaatını sevəriz, fəqət, kəndi istiqlalımızı da əziz tutarız. (Alqışlar). Cəbr ilə qəbul etdirilən bir şeydə səadət olmaz. Çünki səadət və hürriyyət istiqlaldır. (Alqışlar). İştə bunun üçün əfəndilər, müstəqil Azərbaycanı təmsil edən o üç boyalı bayrağı Şurayi-Milli qaldırmış, türk hürriyyəti,islam mədəniyyəti və müasir Avropaiqtidarı - əhrarınəsini təmsil edən bu üç boyalı bayraq daima başlarımızın üstündə ehtizaz edəcəkdir. Bir dəfə qaldırılmış bayraq bir daha enməyəcəkdir. (Məbuslar yerlərindən qalxır, şiddətli alqışlar uzun müddət davam edir).
Mən buna iman edirəm. Mənim bu imanımı millətlərin qəlbində doğmuş olan əməl günəşi işıqlandırır. Bu günəş bir daha üful etməyəcək. Mən vicdani-bəşəriyyətə inanıram. Milyonlar ilə insan bahasına mali olan qitali-ümumidən sonra vicdanı-bəşər qazandığı həqiqətləri asanlıqla əldən verəməz. “Cəmiyyəti əvvam” fikri bu gün hər kəscə qəbul edilmiş bir fikirdir. Bu, mənə ümid verir...(azvision)
(Ardı var)