Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

"ABŞ və Fransa səfirlərinin Şuşadakı konfransda iştirakdan imtina etmələri düzgün deyil" -RƏY

"ABŞ və Fransa səfirlərinin Şuşadakı beynəlxalq konfransda iştiraklarından imtina etmələri düzgün deyil".

Yenixeber.org: Bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Onun sözlərinə görə, tədbirdə bir sıra beynəlxalq təşkilatların təmsilçiləri iştirak edib: "Bu da çox böyük siyasi mənası və çəkisi olan hadisədir. Burada diqqətdən yayınmayan məqam ondan ibarətdir ki, nümayəndələrin tərkibində iki dövlətin - ABŞ və Fransanın nümayəndəsinə rast gəlinmir. Qəribədir ki, burada 30 il ərzində münaqişənin həlli missiyasına iddialı olan və onu həyata keçirmək məramını əsas hədəf seçən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən söhbət gedir. Hansı ki, həmin müddətdə həmsədrlər, o cümlədən ABŞ və Fransa münaqişənin həllinə heç bir dəstək vermədilər. Hər iki dövlət həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvləri idilər. Məhz bu iki dövlətin iştirakı ilə 1993-cü ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı 4 qətnamə qəbul edilmişdi. Bu qətnamələrin icrası 30 il ərzində baş tutmadı. Halbuki BMT nizamnaməsinin 25-ci maddəsinə görə, qətnamənin icrası məcburidir. ABŞ və Fransa isə bunu etmədi".

E.Nəsirov bildirib ki, qələbəyə müzəffər Ali Baş Komandan İlham Əliyev və Azərbaycan Ordusu nail oldu: "Beləliklə, biz ərazi bütövlüyümüzü təmin edə bildik. Sual yaranır ki, biz niyə konfransda ABŞ və Fransa nümayəndələrini görə bilmirik?!. Nəinki görə bilmirik, hətta bu günlərdə məlum oldu ki, ABŞ-ın Dövlət Departamenti ATƏT-in Minsk qrupunu yenidən diriltmək istəyir və həmin qrup üzrə xüsusi bir səfir təyin edib. Bu nə deməkdir?! Məgər ABŞ bilmir ki, ATƏT-in Minsk qrupu təkcə ABŞ və Fransadan ibarət deyil, həm də Rusiya var. Rusiya ilə ABŞ və Fransa faktiki olaraq düşmən dövlətlərdir. Onlar özləri ATƏT-in Minsk qrupunu çoxdan dəfn ediblər. Prezident İlham Əliyev də artıq onlara əlvida deyib. Yəni onlar heç bir iş görmədilər. Belə olduğu halda ABŞ və Fransa səfirləri Şuşaya səfərdən imtina edir və niyyətləri düzgün deyil. Azərbaycan dövlətinin mövqeyi bəllidir. Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Artıq müharibə bitib və Dağlıq Qarabağ münaqişəsi də yoxdur. Dağlıq Qarabağ adlanan ərazi vahidi də yoxdur. Bu gün ATƏT-in Minsk qrupunu diriltmək cəhdi çoxdan gözlənilən sülhün əldə edilməsi imkanları məhdudlaşdırmaq deməkdir. Azərbaycan dövlətinin sözü birdir. ATƏT-in Minsk qrupu bundan sonra bizim üçün yoxdur. Biz postmünaqişə dövrünün məsələlərini dinc yolla tənzimləmək istəyirik. Yeni reallıqlar fonunda digər məsələlər də öz axarında tənzimlənəcək. Bu tənzimlənmə prosesində ATƏT-in Minsk qrupuna qətiyyən yer yoxdur”.

Qeyd edək ki, avqustun 27-də Şuşada Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, minalardan təmizlənməsi, münaqişədən sonrakı dövrdə şəhərsalma potensialından istifadə və beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfrans öz işinə başlayıb. Tədbirdə Azərbaycanda akkreditə olunmuş, eyni zamanda Ankarada, Tehranda və Moskvada fəaliyyət göstərən qeyri-rezident səfirlər, beynəlxalq diplomatik korpusun digər nümayəndələri, hərbi attaşelər, beynəlxalq təşkilatların təmsilçiləri, Türkiyə Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının yüksəkvəzifəli şəxsləri də olmaqla, ümumilikdə, 180-ə yaxın xarici nümayəndə iştirak edir. Nümayəndələr arasında Avropa İttifaqının, BMT-nin və bu təşkilatın Qaçqınlar üzrə Ali Komissarlığının, BMT-nin Uşaq Fondunun, İnkişaf Proqramının, Əhali Fondunun, Dünya Bankının, Türk Dövlətləri Təşkilatının, Türk Mədəniyyət və İrsi Fondunun, TÜRKSOY-un, Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın, Avropa Yenidənqurma və İnkişaf Bankının, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun, Beynəlxalq Miqrasiya Təşkilatının, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin nümayəndəliklərinin rəhbərləri, bütün qitələri əhatə edən, o cümlədən Böyük Britaniya, Niderland, İsveç, Danimarka, Belçika, Almaniya, İtaliya, Müqəddəs Taxt-Tac, Macarıstan, Portuqaliya, Polşa, Çexiya, İran, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Çin, Filippin, Avstraliya, Yeni Zelandiya, İndoneziya, Kanada, Dominikan, Qvineya, Salvador, Meksika, Panama, Argentina, Braziliya, Qvatemala, Uqanda, Ruanda, Sudan, Çad, Kamerun, Namibiya, Mərakeş, Liviya və digər ölkələrin səfirləri, səfirliklərinin əməkdaşları və hərbi attaşeləri yer alıblar. Ancaq ABŞ və Fransanın Azərbaycandakı səfirləri Şuşada keçirilən mötəbər tədbirə qatılmayıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam