Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

"AZƏRBAYCAN XANKƏNDİYƏ GİRMƏYƏ ÇOX YAXIN İDİ, ANCAQ..." -Prezidentin köməkçisinin açıqlamaları

“Azərbaycan müharibə dövründə Xankəndiyə girməyə çox yaxın idi, ancaq biz bunu etmədik. Əlbəttə, hərbi cəhətdən çox çərin qərar idi, ancaq bu, bizim üçün həm də mənəvi məsələ idi. Biz Xankəndidə mülki əhalinin ölümünü görmək istəmədik. Bu, insani məsələ idi”.

Yenixeber.org: Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Şuşada keçirilən beynəlxalq konfransda deyib.

Hikmət Hacıyev bildirib ki, Qarabağ artıq Azərbaycanın xarici siyasət məsələsi deyil: “İndi bu, Azərbaycanın daxili məsələsidir. Bu məsələ artıq həll olunub və ATƏT-in Minsk qrupu tarixin keçmişinə gömülüb.Mövcud məsələlərin həlli üçün vasitəçi kimi Minsk qrupuna müraciət etməyə çalışanlara bir mesajım var: həm bu qrup, həm də vasitəçinin tələb olunduğu beynəlxalq problem yoxdur”.Bu məsələ bizim üçün artıq bitib, biz indi sivil əlaqələrin qurulmasını istəyirik”.

H.Hacıyev azərbaycanlılarla Qarabağ ermənilərinin bir ölkənin vətəndaşı kimi dinc yanaşı yaşamasının mümkünlüyünü də vurğulayıb. 

Prezidentin köməkçisi 30 illik işğal dövründə kəndlərin və şəhərlərin xarabalığa çevrildiyini, binaların dağıdıldığını qeyd edib. Deyib ki, 30 il sonra bölgəyə yenidən həyat qayıdıb.

“Ermənilər tərəfindən basdırılmış minalar regionda bərpa işlərinin davam etdirilməsinə maneə yaradır. Azərbaycan dünyanın minalarla ən çox çirkləndirilmiş ölkələrindən biridir”, - deyə H.Hacıyev vurğulayıb.

Dünən Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçdiyini bildirən Hikmət Hacıyev bu kəndlərdə heç zaman ermənilər yaşamayıb.

“Azərbaycan daimi sülhün olduğu, firavan region yaratmaq, Ermənistanın da regional əməkdaşlığın bir hissəsi olmasını istəyir. İki ölkə arasında danışıqlar, əsasən, sərhədlərin delimitasiyası, humanitar, nəqliyyat-kommunikasiya və sülh sazişinin hazırlanması istiqamətlərində gedir”, - deyə Prezidentin köməkçisi vurğulayıb.

“Azərbaycan və Türkiyə Ermənistan üçün yaxşı tərəfdaş ola bilər” - deyə, Hikmət Hacıyev bildirib.

H.Hacıyev bildirib ki, Türkiyə və Azərbaycan regionda dayanıqlı sülh istəyir, bunun üçün də Ermənistana əl uzadıb, normallaşma üçün çalışır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam