Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Türkiyəli nazir müavini:"Zəngəzur dəhlizinin açılması ilə bağlı Rusiya ilə üst səviyyədə danışıqlar davam edir"

Azərbaycan və Türkiyə arasında qüvvədə olan "Preferensial Ticarət Sazişi”nin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulub.

Yenixeber.org: Bunu Türkiyə Respublikasının ticarət nazirinin müavini, Gömrük İdarəsinin rəhbəri Rıza Tuna Turagay deyib.

R.T.Turagay qeyd edib ki, hədəf iki ölkə arasında ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır:" Hazırda ticarət dövriyyəmiz 5 milyard dollar civarındadır. 2021-ci ildə 2,3 milyard dollar həcmində idxalımız, 2,7 milard dollar ixracımız var. Bu ticarət həcmini artırmaq üçün çalışırıq".

O bildirib ki, ticari əlaqələrin genişləndirilməsi üçün hazırda ən önəmli məsələlərdən biri Zəngəzur dəhlizinin açılmasıdır. "Bu dəhlizin açılması bizim Azərbaycana, oradan isə Orta Asiya ölkələrinə çıxış imkanları əldə etmək, ticarət həcmini artırmaq baxımından avantaj yaradacaq. Hazırda Rusiya ilə üst səviyyədə bu məsələ ilə bağlı danışıqlar davam edir. Dəhlizini ən qısa zamanda açılmasını gözləyirik",- deyə Türkiyəli nazir müavini əlavə edib.

Xatırladaq ki, 2021-ci il martın 1-dən qüvvəyə minən “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nə əsasən bir sıra kənd təsərrüfatı və yeyinti məhsullarının idxalına tətbiq edilən gömrük rüsumlarının qarşılıqlı olaraq azaldılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam