Redaktor seçimi
Dünyanı düşündürən sual: Blef, yoxsa real təhlükə? –
Sülhə bir gün qalmış… –
İnqilab lideri, Moskvaya ümid olan, dar ağacına sürüklənən əyalət uşağı… –
44 günün dönüş nöqtəsi, Şuşa əməliyyatının sirri, “mücrü” fenomeni… –
Anuş Apetyan kim idi – tibb bacısı, yoxsa snayper? -
Delfin və balinası olan II Elizabet:
Partiyalara 90 gün vaxt verilir…-
Sahibkarı belə müflis etdilər –
Günün xəbəri

ZELENSKİDƏN PUTİNƏ SÜRPRİZ: NÖVBƏDƏ KRIM KÖRPÜSÜDÜR... -Kurort zonası döyüş meydanına çevrilir, ruslar qaçır...

Yenixeber.org: Çünki bununla da rus “dərin xalqı” işğalçılığa, imperiya həvəsinə, şovinizmə, başqa ölkələrin ərazisində törədilən hərbi cinayətlərə görə cəzanın qaçılmaz və ağrılı olduğunu hiss etməyə, anlamağa başlayır. Artıq Ukraynada Rusiyanın başlatdığı işğalçılıq savaşı səbəbindən Ukraynanın bir tərəfində hərbi cinayətlər, günahsız insanların qətliamı davam edərkən, bu ölkənin digər tərəfində - işğal edilmiş Krımda sakitcə kef etməyin mümkünsüz olduğunu, bu bəlanın yaxın zamanda onların da evinə gələcəyini görürlər.

                 “Demilitarizasiya davam edir. Krım Ukraynadır!” 

Bunu bir neçə gün əvvəl Ukrayna Prezident Ofisinin başçısı Andrey Yermak öz “Telegram” kanalında yazmışdı. Dünənsə Prezident Volodimir Zelenski Krım əhalisinə müraciət edərək, onları hərbi obyektlərdən, aerodromlardan, anbarlardan, qərargahlardan uzaq durmağa çağırıb.

Ardınca, Ukrayna Prezident Ofisi başçısının müşaviri Mixail Podolyak “The Guardian”a müsahibəsində açıq şəkildə növbəti hədəfin Krım körpüsü olacağının anonsunu verib: “Bu, qanunsuz tikilidir və Krımdakı Rusiya ordusunun əsas təminat qapısıdır. Belə obyektlər məhv edilməlidir”.

Bu isə o deməkdir ki, artıq Kremlin uzun illərdir özünün ən böyük hərbi-siyasi, hətta iqtisadi uğuru və ən nəhəng layihəsi kimi təqdim etdiyi Krım körpüsü və eləcə də ümumilikdə Krım yarımadasındakı rus qoşunları Ukrayna üçün legitim hərbi hədəf və növbəti hücum nöqtəsidir!

Saki hərbi aerodromunun dəqiqliklə vurulması, Cankoydakı hərbi hissə və silah anbarının partladılması, dəmir yolu xətlərinin sıradan çıxarılması və s. göstərir ki, Ukraynanın əli təkcə bu sadalanan obyektlərə deyil, Krım körpüsünə də çata bilər və bəlkə də artıq çatır. Ukrayna Silahlı Qüvvələrinin bunun üçün hərbi-texniki imkanlara malik olduğu isə artıq çox az adamda şübhə doğurur. Doğrudur, belə nəhəng və HHM sistemlərilə mühafizə olunan tikililəri dəqiq zərbələrlə dağıtmaq olduqca çətindir. Ancaq Saki aerodromuna vurulan zərbə göstərdi ki, Ukrayna “sürpriz” etməyi sevir və bacarır...

İstər Krımda, istərsə də Rusiyada keçirilən son rəy sorğuları göstərir ki, rusların 70 faizə yaxını “xüsusi hərbi əməliyyatı” və Putini dəstəkləyir. Ancaq maraqlıdır ki, elə bir o qədəri də “xüsusi əməliyyat”ın tezliklə bitməsinə, sülh yaradılmasına tərəfdar olduğunu bildirir. Bu, o deməkdir ki, ruslar Ukraynaya qalib gəlmək, onu işğal etmək istəyirlər, ancaq döyüşə getmək istəmirlər. Yəni, bunların böyük əksəriyyəti “divan qəhrəmanları”dır. 

Artıq rus “dərin xalqı” anlamağa başlayır ki, bu gedişlə Ukraynada döyüşən və ölən dağıstanlı, çeçeçn, buryat, tuvalı və s. ya bitib-tükənəcək, ya da döyüşməkdən imtina edəcək. Belədə isə növbə Rusiyanın nisbətən komfortlu şəhərlərində yaşayan ruslara çatacaq. Onlarsa “böyük rus imperiyası” istəsələr də, bunun üçün döyüşmək, ölmək, yaralanmaq fikrində deyillər.

Ukraynalı hərbi ekspert Oleq Jdanov şərhlərinin birində çox düzgün bildirib ki, rus ordusu üçün ən böyük təhlükə müdafiəyə oturmaqdır. Ona durmadan yalnız hücum etmək hava-su kimi lazımdır. Çünki pis-yaxşı rus əsgərini döyüşə həvəsləndirən amil yeni kəndlərin, qəsəbələrin, şəhərlərin işğalıdır. Belədə onlar rahatca talançılıq, oğurluq, zorakılıq və yaşadıqları cəmiyyətin səviyyəsinə uyğun digər cinayət əməlləri, əxlaqsızlıqlar törədə bilirlər

Evlərinə ukraynalıların evlərindən götürdükləri par-paltar, məişət texnikası, pul-para göndərirlər. Müdafiədə oturmaq isə onları bütün bunlardan məhrum edir və onsuz da sıfra yaxın olan motivasiyalarını sıfrın altına düşürür. Rus hərbi komandanlığının bütün itkilərə rəğmən, ordunu hücuma atması, heç bir perspektivi olmayan hücum əməliyyatlarını davam etdirməsi həm də bu amillə bağlıdır...

Artıq ötən gün Rusiyanın təhlükəsizlik tədbirləri səbəbindən Krım körpüsünü bir gecəlik bağladığına dair məlumatlar yayılıb. Rusiyanın məlum səbəblərdən bu obyektdə təhlükəsizlik tədbirlərini gücləndirməsi anlaşılan olsa da, bir çoxları körpüdə hərəkətin məhdudlaşdırılmasını əhalinin yarımadadan qaçışının qarşısını almaq məqsədi daşıdığı qənaətindədir. Doğrudan da əvvəlcə Saki aerodromunda, ardınca isə Cankoydakı partlayışlar Krımın getdikcə kurort zonasından hərbi qarşıdurma meydanına çevrildiyini göstərir və Ukrayna tərəfi açıq bəyan edir ki, bütün bunlar hələ başlanğıcdır.


Bu səbəbdən “rus dünyası” tərəfdarlarının kütləvi şəkildə Krımdan qaçışı qaçılmazdır və bu proses elə Sakidəki partlayış anından başlayaraq, üzü Rusiyaya düzülən avtomobil karvanlarında özünü büruzə verdi. Qaçmayanlar isə əsasən Krım türkləri, yəni bu yerlərin əsl sahibləridir!(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam