Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Azərbaycan yeni müharibəyə sürüklənir? -Ermənistan “peşka” rolundan imtina etməsə...

 

Bakı və müttəfiqlərini təzədən sınağa çəkmək istəyənlər var - güclənən savaş hazırlığımızın daha bir səbəbi; kapitulyant ölkə öz sonunu tezləşdirəcək, əgər...

Yenixeber.org: Ermənistan Azərbaycanla sülh anlaşmasını yubatdıqca bölgədə yeni müharibə təhlükəsi də sözsüz ki, qalacaq və öz aktuallığını itirməyəcək. Eyni zamanda mövcud qeyri-müəyyənlikdən yararlanıb bölgəyə “dal qapı”dan girmək, nüfuz eləmək və burada möhkəmlənmək istəyən xarici güclərin iştahası artacaq, regionu qarışdırmaq yönündə məkrli planlar üçün münbit zəmin aradan qalxmayacaq.

Təəssüf ki, İrəvan rəsmiləri hələ də hazırkı durumun, apardıqları pozucu kursun nə ilə bitə biləcəyini doğru-düzgün hesablaya bilmirlər. Əksinə, zamanın onlara işlədiyini xəyal edirlər. Yəni, vaxt uzatmağın, söz sahibi olan paytaxtlarla sülh oyunu oynamağın, Qərb və Rusiya arasında manevr eləməyin fayda gətirəcəyi düşüncəsi İrəvanda hələ ki kifayət qədər dominantdır.

SON DƏQİQƏ: Ermənistan Azərbaycanla sülh anlaşmasına hazırdır-PAŞİNYAN |  İnter Press

O zaman kapitulyant ölkə və onun hakimiyyəti gərəkdir ki, ağır nəticələrə də hazır olsun. Hər necə olmasa, Bakının sərt xəbərdarlıqları yerində qalır:

irəli sürülən 5 bəndlik sülh təklifi sonsuzadək masa üzərində qalmayacaq;

revanşistlər bir daha Azərbaycana hər hansı təhdid yaradarsa, dərhal başları əziləcək;

ərazi bütövlüyümüzü tanımayan Ermənistanın da ərazi bütövlüyü tanınmayacaq.

Bu yerdə bir daha haylara xatırladaq ki, indiki müstəqil Azərbaycan Respublikası 86.6 min kv km-lik Azərbaycan SSR-in yox, 114 min kv km-lik AXC-nin hüquqi-siyasi varisidir!..

*****

Azərbaycan-Ermənistan sərhədində gərginlik: Rusiya "atəşkəsə təşəbbüs edib"  - BBC News Azərbaycanca

Əfsus ki, böyük sülh anlaşması, regional əməkdaşlıq və inteqrasiya mövzusunda tanınmış analitiklərin proqnoz və gözləntiləri hələ ki təsəlliverici deyil.

Məsələn, israilli politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Mixail Finkel hesab edir ki, İrəvan destruktiv qüvvələrin dəstəyi ilə Bakı ilə sülh razılaşmasının əldə edilməsi prosesinə məhəl qoymayacaq və çox güman ki, Azərbaycanla Ermənistan arasında yeni münaqişə yaranacaq (Axar.az).

“Mən düşünürəm ki, yeni müharibə mütləq olacaq. Revanşizm həvəsi ermənilərdə böyükdür. Hazırda regionda bir çox sürprizləri görə bilərik. Ermənistanın müttəfiqləri onlara çoxlu vədlər verə bilər. Onlar İrəvanı silahla təchiz etməyə və bu müharibəni aparmaq üçün resurslarla təchiz etməyə çalışa bilərlər”, - deyə analitik “Sovremennıy razqovor” Yutub kanalına müsahibəsində qeyd edib.

Bəs “Ermənistanın müttəfiqləri” deyərkən kimlər, hansı dövlətlər və ya güclər nəzərdə tutulur - Fransa, ABŞ, Avropa (İttifaqı), yoxsa Rusiya, İran?

*****

Məlumdur ki, Rusiyanın başı hələ uzun müddət Ukraynaya, özünə, öz iqtisadiyyatına qarışacaq. Buna da şübhə yox ki, güclü beynəlxalq sanksiyalar altında olan şimal qonşumuzun Ermənistana sanballı hərbi dəstək vermək, ona həmişəki kimi, ucuz qiymətə və ya havayı silahlar hesabına təzə və normal ordu qurmaq imkanları da uzun müddət olmayacaq. Hətta Rusiyanın özünün hazırkı sərhədlər daxilində qalması sual altına düşə bilər.

Sərhəddə GƏRGİNLİK - Ordumuz düşməni susdurur

Bu və digər səbəblərdən Moskvanın Güney Qafqazda daha bir müharibədə, onun “əlini” zəiflədəcək “ikinci cəbhə”nin açılmasında maraqlı olmadığı şəksizdir. Həm də o səbəbə ki, Azərbaycana qarşı təcavüzə qardaş Türkiyə əsla seyrçi qalmayacaq - Şuşa Bəyannaməsi var. Ukrayna məsələsində bitərəf olan Azərbaycan və Türkiyə isə Moskva üçün hazırda heç vaxt olmadığı qədər böyük önəm kəsb edir, az qala, “nəfəsliklər” rolundadır.

Oxşar səbəblərdən cənub qonşumuz İran Ermənistana Azərbaycana qarşı hərbi dəstək verməz. Üstəlik, Güney amili heç yerə yox olmayıb. Demək, yerdə qalır İrəvanın ümid bəslədiyi Qərbdəki bəzi dost-müttəfiqlər.

Onlar belə bir avantüraya gedərmi? İşğala qarşı durmaq üçün Ukraynaya hərtərəfli hərbi yardım edən Qərb doğrudanmı “ikili standartları” üstün tutub Ermənistanın işğalçılığına dəstək verəcək? Hər şey qırağa, bəs Azərbaycanın, Türkiyənin Qərb üçün, Avropa üçün vazkeçilməz və getdikcə artan energetik, logistik-tranzit önəmi necə olsun?

*****

İstənilən halda, “şər deməsən, xeyir gəlməz”. Azərbaycan təbi ki, bütün variantları göz önünə alır və yalnızca özünə, öz hərbi-iqtisadi-insani potensialına, bir də əlbəttə ki, qardaş ölkə ilə müttəfiqliyə, Pakistan və İsrail kimi dost dövlətlərə güvənir. Bu dostluq, müttəfiqlik isə yetərincə etibarlıdır və məsləhət görməzdik ki, kimsə onu bir də sınağa çəksin.

Lakin gerçək belədir ki, Ermənistan sülh müqaviləsindən hansısa qüvvələrin təsiri və şirniklənməsi altında yayındıqca, yeni müharibə ehtimalı nəzəri cəhətcə qalır. Bu səbəbə Azərbaycan öz hərbi qüdrətini, döyüş qabiliyyətini 44 günlük savaşdan sonra da durmadan artırır. Hərbi xərclərimizin ilbəil artırılması, xüsusi komanda qüvvələrinin yaradılmasına məxsusi diqqət, Prezidentin anons elədiyi kimi, ordumuza ən müasir silahların alınmasının davam eləməsi, Türkiyədə arası kəsilməyən hərbi təlimlər, Azərbaycana ehtiyatda olan hərbçilərin mütəmadi təlim-məşq toplantılarına cəlb edilməsi bunun bariz sübutudur. Çünki Azərbaycan 30 illik münaqişə dövründə gördüyünü görüb, dərsini alıb və bir şeyə əminlik hasil edib: güclü ilə hesablaşırlar. Xüsusən də o haqlı olanda!

Odur ki, Ermənistan olmayan “papağını” qabağına qoyub yaxşı-yaxşı düşünməlidir. Bəzi güclərin əlində yenə “peşka” rolu oynamağa razı olacaqsa, bu, sadəcə, Ermənistanın sonunu tezləşdirəcək... “Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam