Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

İran Azərbaycana qarşı “klassik planı” yenidən işə salır

Cənubdan Azərbaycana doğru “soyuq küləklər” yenidən əsməyə başlayıb:

Yenixeber.org: Bir qrup qadın Azərbaycanda İslam müqəddəslərinin təhqir edildiyi iddiası ilə yürüş keçirib;

- İranlı tələbələr Tehranda Azərbaycan səfirliyinin önündə Bağırzadəyə dəstək aksiyası düzənləyib;

Hər iki hadisənin İran tərəfindən idarə olunduğu aydın görünür, xüsusilə, İran Milli Televiziyasına – İRİB-ə bağlı “Parstoday” tərəfindən tirajlanması fonunda.

Tehranda səfirliyimizin önündə keçirilən aksiyada diqqətçəkən məqamlardan biri də rəsmi Bakıya “tövsiyə”lərin verilməsidir: ABŞ və İsrail bayrağını yandıran iranlı tələbələr tələb edirlər ki, Azərbaycan İsrail dövləti ilə münasibətləri yenidən nəzərdən keçirsin;

İran bu aksiya ilə Bakıya qarşı “klassik planı”nı yenidən işə salır: Azərbaycanın anti-İslam imicini formalaşdırmaq, inanclı kəsimi siyasi məqsədləri ətrafında cəmləşdirmək;

Bakı-İrəvan xəttində sülh danışıqlarının müzakirə edildiyi və Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası istiqamətində ilk praktiki addımın (komissiyanın yaradılması və sərhəddə görüşün keçirilməsi) atılması fonunda “Ermənistan sərhədini “qırmızı xətti” elan edən İranın hücuma keçməsi təsadüfi deyil. Bakıya qarşı din adı ilə müəyyən fəaliyyətlərin və təbliğatın genişlənəcəyi istisna deyil.

Təhlükəli prosesdir, çünki İran Azərbaycanda “şəriət rejimi” qurmaq planlarını prioritet olaraq saxlayır və buna fürsətin yaranmasını gözləyir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam