Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İranlı deputat Azərbaycanı hədələdi

 

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini Mənsur Həqiqətpur növbəti dəfə Azərbaycanın ünvanına ittihamlar səsləndirib. 

   "Xeberinfo.com" İran mətbuatına istinadən xəbər verir ki, Həqiqətpur İran səmasında vurulan İsrail pilotsuz təyyarəsinin Azərbaycandan havaya qalxdığını bildirərək, buna görə Azərbaycana qarşı tədbirlər paketinin hazırlandığını söyləyib.

“İran Məclisi İsrail təyyarəsinin öz ərazisindən uçuşuna icazə vermiş ölkəni cəzalandırmaq üçün tədbirlər paketi hazırlayır”.

İsrail müdafiə nazirinin yaxınlarda Azərbaycana səfər etməsindən narahatlığını bildirən iranlı deputat Azərbaycanın İranla münasibətlərdə “səmimi” olmasını vacib hesab edir.

Qeyd edək ki, Azərbaycan tərəfi bundan öncə bəyan edib ki, İsrail pilotsuz təyyarəsinin ölkəmizin ərazisindən havaya qalxması haqda deyilənlər əsassız iddialardır.

 

Xatırladaq ki, Mənsur Həqiqətpur tez-tez antiazərbaycan bəyanatlarla çıxış edir. Onun bir müddət əvvəl Azərbaycan Milli Məclisinin deputatı Siyavuş Novruzovla da mübahisəsi düşmüş və tərəflər “söz duelinə” çıxmışdılar.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam