Redaktor seçimi
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Yevlax şəhər 7 nömrəli məktəbdə "yoxlama" adlı ŞOU:
QHT-lərə Dövlət Dəstəyi Agentliyindən Dövlət başçısının mövqeyinə sayqısızlıq-
Yevlax təhsilində nə baş verir?-Antimilli şəbəkə,Vətənə xəyanət həddi, yoxsa...??? -
İmtiyazlı QHT-lər, şişirdilmiş büdcələr – Qrant sistemində nə baş verir?! /
Anar Əlizadə ilə Adnan Əhmədzadənin “market imperiyasi”nin QARANLIQ HESABI:
QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydalar kağız üzərində... -
Səkinə Sadıxovanın başı üzərində “dolanan qara buludlar”:
Günün xəbəri

Zakir Həsənov iranlı həmkarına başsağlığı verdi

Zakir Həsənov iranlı həmkarına başsağlığı verdi

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeriyə və İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəmiyə başsağlığı ünvanlayıb

Yenixeber.org: Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən xəbərə görə, başsağlığında deyilir: 

““Müqədəs Müdafiə həftəsi”nin başlanması münasibətilə dost İran İslam Respublikasının Xuzestan əyalətinin Əhvaz şəhərində keçirilən hərbi paradda törədilmiş xain terror aktı nəticəsində hərbi qulluqçuların və mülki şəxslərin həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi. Biz bu dəhşətli hadisədən çox hiddətlənir, terrorizmi qətiyyətlə pisləyirik.

Həlak olanlara Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara şəfa diləyirəm”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam