Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

“PUTİNİ PSEVDO-VARİS ƏVƏZ EDƏCƏK” –Rusiyanın keçmiş Baş nazirindən maraqlı açıqlamalar

“Ukrayna müharibədən məğlub çıxarsa, sırada Baltikyanı ölkələrdir”.

Yenixeber.org: Bunu Rusiyanın sabiq Baş naziri Mixail Kasyanov “Frans-Press” agentliyinə videomüsahibəsində bildirib.

Onun sözlərinə görə, rəsmi Moskvanın Ukraynaya qarşı müharibəsinin nəticəsi Rusiyanın gələcəyini müəyyənləşdirəcək. Rusiya Prezidentinin açıq tənqidçisi olan Kasyanov vurğulayıb ki, əvvəlcə Vladimir Putinin Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayacağına inanmayıb.

Lakin o, Ukraynanın işğalından üç gün öncə Rusiya Təhlükəsizlik Şurasının iclasının çağırıldığını görəndə, fikrini dəyişib. “Başa düşdüm ki, artıq müharibə olacaq. Sadəcə olaraq bu insanları tanıyıram və gördüm ki, Putin artıq özündə deyil", – o söyləyib.

Sabiq nazir tibbi mənada deyil, siyasi baxımdan başqa bir Putini tanıdığını əlavə edib. 64 yaşlı Kasyanov əvvəl-axır Putinin ölkənin güclü təhlükəsizlik xidmətlərinin nəzarətində olan psevdo-varislə əvəzlənəcəyini düşünür. Keçmiş baş nazir Rusiyanın çətinliklə olsa da, demokratik ölkəyə çevriləcəyini də təxmin edir.

"Əminəm ki, Rusiya demokratik dövlət quruculuğu yoluna qayıdacaq”, – 2000-2004-cü illərdə Baş nazir olmuş Kasyanov, müsahibəsində bildirib.

O, ölkənin kommunist və Putin idarəçiliyindən uzaqlaşmasının təxminən on il çəkəcəyini proqnozlaşdırır: “Bu, özəlliklə kriminal müharibədən sonra çətin olacaq. Keçmiş Dövlət Təhlükəsizliyi Komitəsinin (KQB) polkovniki Putin son iyirmi ildə Rusiya təhlükəsizlik xidmətinin keçmiş və indiki əməkdaşlarının dominant olduğu sistem qurub”.

 

 

Kasyanovun sözlərinə görə, bu, tamamilə qanunsuzluğa əsaslanan KQB sistemidir. “Aydın məsələdir ki, onlar heç bir cəza gözləmirlər. Bu, Putinin təşəbbüsü ilə dövlət başçısı kimi yaratdığı, Sovet İttifaqının son mərhələsində olduğundan daha kinli, qəddar şəkildə fəaliyyətə başlayan sistemin nailiyyətləridir”, – o əlavə edib.

Kasyanov hazırda Xalq Azadlıq Partiyasının (PARNAS) lideridir. Lakin fevralın 24-də müharibə başlayandan bir müddət sonra təhlükəsizliyindən narahat olduğundan Rusiyanı tərk edib. Ancaq getdiyi yer barədə məlumat ictimaiyyətə açıqlanmayıb.

“Şübhəsiz ki, indi hamımızın şahidi olduğu faciədən sonra müxalifət birləşəcək. Hər şeyi yenidən qurmaq lazım gələcək. Əslində, bütün iqtisadi və sosial islahatlar paketinə yenidən baxılmalı və icrası başlamalıdır. Bunlar çox böyük və çətin vəzifələrdir. Bu vəzifələri yerinə yetirmək lazımdır”, – keçmiş Baş nazir əlavə edib."Azpolitika"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam