Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

"Məqsəd Lissabondan Vladivostoka qədər açıq Avrasiya qurmaqdır" -Medvedevdən AÇIQLAMA

 

“Ukrayna müharibəsini başlatmaqda Putinin əsas məqsədi Lissabondan (Portuqaliya) Vladivostoka qədər açıq Avrasiya qurmaqdır”.

Yenixeber.org: Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

Rusiya rəsmisi bildirib ki,Vladimir Putin tərəfindən qoyulmuş Ukraynanın demilitarizasiyası və “denazifikasiyası” məqsədləri bir anda yerinə yetirilmir və “yalnız döyüş meydanlarında” həll edilməyəcək:

“Hal-hazırda əsas məqsəd ukraynalıların bir hissəsinin qanlı və yalan miflərlə dolu şüurunu dəyişmək və nəhayət Lissabondan Vladivostoka qədər açıq Avrasiya qurmaqdır”.

Bu açıqlama Putinin Portuqaliyadan Vladivostoka qədər Rusiya imperiyası qurmaq istəməsi kimi anlaşılıb və ciddi müzakirələrə səbəb olub.

Qeyd edək ki, qərbli mütəxəssislər Putinin Ukraynada müharibəyə başlamasının əsas məqsədinin Avropa xəritəsini yenidən formalaşdırmaq olduğunu bildirmişdilər. Putin isə müharibəyə başlamasında əsas məqsədin Donbasdakı rus xalqını Ukraynanın soyqırımından xilas etmək və Ukraynanı nasistlərdən təmizləmək olduğunu qeyd etmişdi.

Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynaya müharibə elan edib. Ukraynanın böyük şəhərləri rus qoşunları tərəfindən mühasirəyə alınıb. Bu gün müharibənin 42-ci günü olmasına baxmayaraq, Rusiya heç bir ciddi uğur əldə edə bilməyib. Ukrayna bütün cəbhələrdə Rusiyaya qarşı mübarizə aparır. Avropa ölkələri və ABŞ Ukraynaya dəstəyi davam etdirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam