Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

Putin Ukraynadakı rus qoşunlarının başına GÖRÜN KİMİ GƏTİRDİ -FOTO

Rusiya Ukraynadakı qoşunlarının komandanını dəyişib.

Yenixeber.org: Prezident Vladimir Putin Suriyadakı müharibədə böyük təcrübə toplamış general-polkovnik Aleksandr Dvornikovu Ukraynada müharibə aparan qoşunların rəhbərliyinə gətirib.

Bu barədə BBC-yə adı açıqlanmayan yüksək rütbəli rəsmi şəxs bildirib.

"Müxtəlif qoşun növləri arasında həqiqətən pis koordinasiya var idi" deyən mənbə bildirib ki, Rusiya qüvvələri heç vaxt bu şəkildə döyüşmək üçün təlim keçməyib.
Mənbənin sözlərinə görə, Cənub Hərbi Dairəsinin komandanı general Aleksandr Dvornikov hazırda Ukraynada koordinasiyanın təkmilləşdirilməsinə cavabdehdir.

“Bu xüsusi komandir Rusiyanın Suriyadakı əməliyyatları ilə bağlı böyük təcrübəyə malikdir. Buna görə də biz ümumi komandanlıq və nəzarətin yaxşılaşacağını gözləyirik”, - deyə adı açıqlanmayan rəsmi bildirib.

O, hesab edir ki, rus qoşunları mayın 9-na qədər müəyyən uğurlar əldə etməyi hədəfləyir. Həmçinin bildirib ki, Rusiya Federasiyası Donbasa doğru əlavə qüvvələr yeridir.
“Rusiya öz taktikasını dəyişdirə bilməsə və mövcud vasitələrdən daha yaxşı istifadə etməsə, onun öz qarşısına qoyduğu məhdud məqsədlərə belə necə nail ola biləcəyini təsəvvür etmək çox çətindir”, - deyə rəsmi şəxs vurğulayıb.

Pentaqonun rəhbəri Lloyd Ostin isə deyib ki, müharibə yeni mərhələyə qədəm qoyduğu üçün ABŞ Ukraynanı silahlandırmaqda davam edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam