Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ukraynada müharibə bu şərtlərlə dayandırıla bilər-Putin şərtləri açıqladı

Putin Ukraynada müharibənin dayandırılmasının şərtlərini açıqladı

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana Ukraynadakı əməliyyatın dayandırılmasının şərtlərini açıqlayıb.
Yenixeber.org: Putin Ərdoğanla telefon danışığı zamanı bildirib ki, Kiyev Rusiyanın tələblərinə əməl edəcəyi təqdirdə Ukraynada xüsusi əməliyyatın dayandırılması mümkün olacaq. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Putin həmçinin bildirib ki, zəruri şərt Ukrayna Silahlı Qüvvələri tərəfindən döyüş əməliyyatlarının dayandırılmasıdır.
"Rusiya silahlı qüvvələri mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün mümkün olan hər şeyi həyata keçirir, zərbələr yalnız hərbi infrastruktur obyektlərinə endirilir", - Kremlin yaydığı məlumatda deyilir.
Rusiya prezidenti ümid edir ki, danışıqların növbəti raundu zamanı Ukrayna nümayəndələri yaranan reallıqları nəzərə alaraq daha konstruktiv yanaşma nümayiş etdirəcəklər.
Bundan əlavə, Rusiya lideri Türkiyə vətəndaşlarının hərbi əməliyyatların aparıldığı bölgələrdən təhlükəsiz şəkildə təxliyyəsi üçün yardım göstərəcəyini vəd edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam