Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Rusiya Cənub Hərbi Dairəsinin 560-dan çox hərbçisi Suriyadakı əməliyyatlarda iştirak edib

 

Rusiya Cənub Hərbi Dairəsinin 560-dan çox hərbçisi 2015-ci ildən Suriyadakı hərbi əməliyyatlara cəlb olunub

Yenixeber.org:  Bunu dairə qoşunları komandanı Aleksandr Dvornikov TASS-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, əməliyyatlarda dairənin döyüş gəmilərindən terrorçu İŞİD qruplaşmasının mövqelərinin vurulmasında “Kalibr” qanadlı raketləri xüsusi rol oynayıb: “Hərbi polisə Tartus limanının təhlükəsizliyinin təmin edilməsi tapşırığı verilmişdi”.

Komandan bildirib ki, Suriyadakı münaqişənin aradan qaldırılmasında iştirak etmiş Cənub Dairəsinin 400-ə yaxın hərbçisi Rusiyanın orden və medalları ilə təltif olunublar. Hərbi təyyarəçi, polkovnik Rəfaqət Habibullinə isə ölümündən sonra Rusiya Qəhrəmanı fəxri adı verilib.

Qeyd edək ki, Rusiya Hərbi-Kosmik Qüvvələri 2015-ci il sentyabrın 30-dan Suriyada hərbi əməliyyatlarda iştirak edir. 2017-ci il dekabrın 11-də isə Rusiya Prezidenti Vladimir Putin Xmeymimdəki hərbi bazada çıxışı zamanı Rusiya hərbçilərinin Suriyadakı əməliyyatları başa çatdırdıqları və qoşunların ixtisarına dair əmr verib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam