Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Bakının 5 bəndlik ultimatumu -İrandan İrəvana Zəngəzur zərbəsi

 

Naxçıvana alternativ dəhliz haqda Tehranla imzalanan  memorandum Ermənistanı bir az da küncə sıxacaq; Azərbaycanla sülh müqaviləsi tezləşə bilər; kapitulyant ölkə və separatçılar üçün bəd proqnozlar...

Yenixeber.org: Ötən həftə Azərbaycanla İran arasında gerçəkdən də tarixi bir sənəd - yeni kommunikasiyalar haqda memorandum imzalandı. Bu anlaşma şübhəsiz ki, hələ də müxtəlif bəhanələrlə sülh anlaşmasından və regional inteqrasiyadan yayınan Ermənistana növbəti zərbə olacaq. Hələ də revanşist xülyalardan əl çəkməyən və yenidən işğalçı ordu qurmağı xəyal edən, sərhəddə, Qarabağda vaxtaşırı təxribatlar törədən kapitulyant ölkəyə 10 noyabr (2020) üçtərəfli sazişin bəndlərini yerinə yetirməkdən imtinanın bədəlinin nə dərəcədə ağır olacağını ona bir daha xatırladacaq.

Siyasi analitiklər də bu xüsusda İrəvana yaxşı heç nə vəd eləmirlər.  

*****

“Ermənistanın onsuz da hansısa prosesi sabotaj etmək imkanları azdır. Çünki Ukrayna ətrafında formalaşan beynəlxalq vəziyyət onun resurslarını məhdudlaşdırır”.

Bu barədə politoloq Fərhad Məmmədov açıqlamasında bildirib.

Fərhad Məmmədov: Koronavirus Ermənistanın demək olar ki, bütün zəif  tərəflərini üzə çıxartdı | 1news.az | Xəbərlər

Fərhad Məmmədov 

“Hamıya aydındır ki, Ermənistan ordusunun Rusiyanın təchizatları hesabına yenidən qurulması yaxın gələcəkdə praktiki olaraq mümkün deyil. Nədən ki, Rusiya öz arsenalını yeniləməli olacaq. Artıq nə Avropanın, nə də Rusiyanın Ermənistana qrant və maliyyə dəstəyi şəklində verəsi sərbəst maliyyəsi yoxdur”, - deyə o qeyd edib.

Özünün “Telegram kanalı”nda isə politoloq yazır: “Rusiya 10 noyabr üçtərəfli bəyanatın bəndlərinin icrasını təmin edə bilmədi. Və bu kontekstdə İran və Azərbaycan arasında imzalanmış memorandum Azərbaycanın regionda öz gündəmini irəli aparmaq niyyətinin nümayişidir. Bunun üçün Bakının həm maliyyə, həm təşkilati resursları, həm də öz milli mənafeyini bölgədə marağı olan qonşuların maraqları ilə uzlaşdırmaq imkanı var. İndi Laçın dəhlizi mövzusu aktuallaşmaqdadır, çünki (Mehridən keçən - red.) Zəngəzur dəhlizinə ehtiyac aradan qalxıb. Bu məsələ Azərbaycan-Rusiya formatında öz həllini tapacaq və çox güman ki, tezliklə”.

Bu yerdə xatırladaq ki, 10 noyabr sənədinin müvafiq bəndinə uyğun surətdə Azərbaycan Laçından yan keçən yeni dəhliz inşa edir və rəsmi məlumata görə, təzə yol iyun ayı üçün hazır olacaq. Bununla da daha bir neçə yaşayış məntəqəmiz tam nəzarətimizə keçmiş olacaq və separatçı ünsürlərin anklavda manevr imkanları bir az da daralacaq. Təbii ki, yeni yola nəzarət də öz həllini tapacaq. Lakin alternativ Zəngəzur dəhlizinin gündəmə gəlməsi yəqin ki, Laçın koridoruna alternativ yol məsələsinə də təsirsiz ötüşməyəcək.  

Bu xüsusda F.Məmmədov yeni dəhlizin yaradılmasında erməni amilinə də toxunub: “Azərbaycan Prezidentinin Ankara səfəri zamanı iki lider Naxçıvandan Qarsa dəmir yolu tikintisini sürətləndirmək barədə razılığa gəliblər ki, bu da Ermənistanın Gümrüdən Qarsa çıxışını Türkiyə üçün mənasız və ikinci dərəcəli edir. Bu o deməkdir ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması da tamamilə Ermənistanın Azərbaycanla bağlı məsələlərdə çevikliyindən asılı olacaq. Əgər əvvəllər Ermənistan üçün kommunikasiyaların açılması Zəngəzur dəhlizinin açılması müqabilində idisə, indi şərtlər fərqli olacaq: Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə labüd olaraq sülh müqaviləsinin imzalanması”.

*****

Öz növbəsində rusiyalı tanınmış politoloq Qriqori Trofimçuk hesab edir ki, İranın şimalında çəkilməsi nəzərdə tutulan nəqliyyat dəhlizinin əlavə bonusları var və eyni zamanda bir sıra siyasi məsələlərin də həllinə hesablanıb: “O sırada söhbət həm də İrəvan və Tehranın bir-birindən uzaqlaşmasından gedir, nəinki sadəcə, insanların və yüklərin daşınmasından”.

Zəngəzur dəhlizi bu şərtlə açıla bilər - Ermənistandan rəsmi AÇIQLAMA

Lakin onun fikrincə, Bakı çətin ki, Ermənistan ərazisindən keçən Zəngəzur dəhlizi layihəsindən imtina etsin. “Üstəlik, bu marşrut 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli razılaşma ilə planlaşdırılıb və əsas öhdəliklərdən biridır. Ona görə də düşünmək lazımdır ki, Bakı sadəcə, həmin dəhliz alınmadığı üçün belə bir palliativ (aralıq - red.) varianta getməyə məcbur olub. Bu səbəbə İrəvanın arxayınlaşmasına əsas yoxdur”, - deyə Trofimçuk vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan artıq çoxlarının əmin olduğu kimi, özünün elan elədiyi planlardan heç vaxt geri çəkilmir: “Xüsusən də bu planlar təkcə dövlətin maraqları ilə yox, həm də onun beynəlxalq nüfuzu ilə bağlı olanda. Sadəcə, indi bir əlavə dəhliz də olacaq. Ermənistana gəlincə, o, getdikcə daha çox yerlə göy arasında asılı qalmaqdadır...”

*****

Bu arada “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu AzadlıqRadiosuna açıqlamasında bildirib ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisində qalması artıq doğru deyil. “Ona görə ki, Rusiya Ukrayna ilə elan olunmamış işğal müharibəsi aparır və dünya tərəfindən pislənilir. Azərbaycanın özü isə Ukraynanın ərazi bütövlüyünü tanıyır. Digər tərəfdən, Qarabağda olan sülhməramlıların bir qismi Ukraynada əsir düşüb. Bu baxımından hesab edirəm ki, artıq onların burada sülhməramlı kimi qalmağa siyasi və ən çox mənəvi haqları yoxdur”, - deyə o qeyd edib.

Zəngəzur dəhlizi: Azərbaycan və Ermənistan kommunikasiyaların bərpasında  niyə razılığa gələ bilmirlər? - BBC News Azərbaycanca

Odur ki, nə qədər gec deyil, İrəvan Bakının təxminən bir il öncə ona göndərdiyi və tamamilə ədalətli 5 bəndlik yazılı təklifə nəhayət, müsbət cavab verməlidir. Həmin bəndlər bunlardır:

Dövlətlərin bir-birilərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

Dövlətlərin bir-birilərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

Dövlətlərarası münasibətlərdə bir-birilərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam