Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ermənistan sülh müqaviləsi imzalamağa hazırlaşır...- Ermənistan mediası yazır

Ermənistan mediası işğalçı ölkənin Azərbaycanla sülh müqaviləsi imzalaya biləcəyi barədə məlumat tirajlayıb.
Yenixeber.org: Həmin məlumatlarda iddia olunur ki, Moskvada sülh müqaviləsi ilə bağlı müzakirələr aparılıb.
İddiaya görə, Ermənistanın müdafiə naziri Arşak Karapetyanın rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyada keçirilən “Qərb-2021” hərbi təlimləri çərçivəsində Azərbaycanla sülh müqaviləsinin detallarını müzakirə edib.
Qeyd olunur ki, müzakirələr zamanı guya, sərhədlərin delimitasiya və demarkasiya prosesinin keçmiş SSRİ xəritəsinə uyğun aparılması razılaşdırılıb. Eyni zamanda, Zəngəzur dəhlizinin açılmasının reallaşacağı da bildirilir.
Rusiya sülhməramlılarının Qarabağda qalma müddətinə 5 ildən sonra baxılması da müzakirə olunan detallar sırasında sadalanır.
İddia olunur ki, sülh müqaviləsi ilə bağlı bəzi məsələlər, o cümlədən Qarabağ ermənilərnin “statusu”na dair suallar hələ ki açıq qalır.

 İddiaların nə dərəcədə həqiqət olduğu bəlli deyil.
Çünki son dövrlər Rəsmi Bakıdan heç kim Rusiyaya səfər etməyib və Moskvanın vasitəsiçiyilə sülh müqaviləsinə dair hər hansı müzakirələrin aparıldığı barədə informasiya yoxdur.
44 günlük II Qarabağ Müharibəsi 10 noyabr 2020-ci il tarixli Ermənistan, Azərbaycan və Rusiya dövlət başçıları arasında imzalanmış atəşkəs haqqında üçtərəfli bəyanatla dayandırılıb.
Həmin  bəyanatda ölkələr arasında bütün kommunikasiyaların açılması nəzərdə tutulur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam