Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Ermənistanın həmsədrlərə müraciəti:İrəvan Bakının “radarındadır” – TƏHLİL

 

Azərbaycanın sülh sazişi üçün Ermənistana təklif etdiyi 5 baza prinsip İrəvanı yenidən beynəlxalq yalvarışlara vadar edir.

Yenixeber.org: Rəsmi Bakının təqdim etdiyi prinsiplərin 3 ifadə ilə sadə dildə izahı belədir:

Ərazi bütövlüyümü tanı, ərazi iddialarından əl çək və buna dair öhdəlik götür.

Ancaq Ermənistan yenə də ATƏT-in Minsk qrupuna müraciət edərək sülh sazişinin hazırlanmasında onların vasitəçi olmasına çalışır.

Minsk qrupunun həmsədrləri indi Ukraynadakı müharibə səbəbindən bir-birilə  əks qütbdə dayanan dövlətlərə çevriliblər. Rəsmi Bakı özünün suverenliyi və ərazi bütövlüyü çərçivəsinin beynəlxalq öhdəlik yaratması şərtilə həmsədrlərin prosesdə iştirakına köklü etiraz etmir.

Ancaq bir məsələ var, həmsədrlər – ABŞ, Rusiya, Fransa Ukraynada partlayan bombaların səslərindən elə “kontuziya” alıblar ki, onların siyasi ehtiraslarını cilovlaya bilmələri sual yaradır.

Yəni aqressiv ton onların uzlaşmasını bərəkətsiz edər – təkcə Fransa ilə ABŞ ortaq nöqtəyə gələ bilərlər ki, bu da mümkün görünür.

Həmsədrlərin üçünü də “birləşdirən dəyər” isə Türkiyə amili ola bilər, hərçənd ki, Rusiya indi Türkiyə ilə münasibətlərə xüsusi önəm verir və Ankara-Moskva xətti ikili strateji maraqlar yarada bilib.

Böyük ehtimal ki, Azərbaycan-Ermənistan sazişinin imzalanmasında Türkiyə ilə Rusiya daha çox aktivlik göstərəcək, ancaq sazişdə Qərb də öz maraqlarının nəzərə alması üçün çalışır.

Qərbin formulu iki prinsipə əsaslanır:

1. Avropa İttifaqı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin daha çox iqtisadi tərəflərində mənfəət almaq istəyir,

2. ABŞ və Fransa isə siyasi təsir gücünü artırmaq niyyətlərini güdür.

Belə bir vəziyyətdə Ermənistanın ATƏT-ə danışıqlar üçün müraciət etməsi prosesi alaqaranlığa sürükləmək məqsədi daşımaqdır və vaxt qazanmaq üçün hiylədir.

Azərbaycan özünün qırmızı xəttini keçməmək şərtilə Qərbin də, Rusiyanın da prosesdə iştirakına qarşı deyil və İrəvanın hansı növbəti siyasi bicliyə əl atması ehtimallarını da nəzərində saxlayır. Yəni, Ermənistanın atdığı bütün addımlar, ikibaşlı oyunlar Azərbaycanın “radarına” düşür.

Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın müraciətinə dair açıqlamasına verdiyi bəyanatın ruhundan da bu duyulur.  

Sitat: “İki dövlət məhz bu baza prinsipləri (5 prinsip) əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər”.

Azərbaycanın prinsipləri anklav ərazilərə dair də həll prosesini özündə cəmləyən konsepsiyadır.

Diqqətimizi yönəldəcəyimiz digər istiqamət bu olmalıdır ki, bütün bunlar Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində son cərəyan edən hadisələrdən və Antalya Diplomatiya Forumundan sonra baş verir  - birincisi hərbi, ikincisi isə diplomatik sıxışdırmadır.

NƏTİCƏ:

1. Azərbaycanın xarici siyasət idarəsinin açıqlaması göstərir ki, Ermənistanla bu prinsiplər əsasında danışıqlar aparacaq,

2. Diplomatik kanallara bu məlumatlar daxil olur ki, “qaranlıq otaqdan” çıxa bilməyən Ermənistan sülhə məcburdur, hərçənd ki, “azadlığa” çıxdıqdan sonra da nala-mıxa vurmaq vərdişini davam etdirəcək,

3. Türkiyə prosesdə önə çıxır, amma Ermənistan hakimiyyəti ehtiyat edərək Ankara faktorunun arxa planda olduğu görüntüsünü yaratmaq məqsədilə həmsədrlərə müraciət edir və eyni zamanda başqa siyasi gözləntilər üçün də ümidlənir. (oxu.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam