Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Putinin qorxduğu adam...-Xaqani Cəfərli yazır

Yenixeber.org: Yanvarın 18-də Rusiya müxalifətinin lideri Aleksey Navalnın həbsinin bir ili tamam oldu. Dünyanın əksər ölkələrində bununla bağlı tədbirlər keçirilib. Dünyaca məşhur Time jurnalında Aleksey Navalnın müsahibəsi çap olunub. Jurnalın üz qabığında isə Aleksey Navalnın şəkili bu sözlərlə yer alıb: Putinin qorxduğu adam
Rusiyanın ABŞ və NATO-ya qarşı irəli sürdüyü ultimatumu şərh edən müxalifət lideri bildirib ki, Putin güzəştlər qazanmaq üçün Qərb dövlətlərini şantaj edir.
Rusiya müxalifətinin lideri hesab edir ki, əksər beynəlxalq problemlərin əsas səbəbi korrupsiyadır. Korrupsiya ilə mübarizədə ABŞ Konqresində vahid mövqeyin və iki partiyalı qrupun yaradılmasını vurğulayan Aleksey Navalnı bunları ümidverici hal kimi qiymətləndirib.
Müxalifət lideri hesab edir ki, 8 il ardıcıl olaraq həyat səviyyəsinin aşağı düşməsinə görə Rusiyada kütləvi iğtişaşlar ola bilər. Dövlət çevrilişini də istisna etməyən müxalifət lideri əsas məqsədinin isə ədalətli seçki olduğunu bildirib.
Putinin apardığı siyasətin qəfil hadisələrin, sarsıntıların, o cümlədən zorakılıqla müşaiyyət olunan hadisələrin baş vermə riskini artırdığını qeyd edən Aleksey Navalnı ölkənin parçalanma ehtimalının da ardığına diqqət çəkib.
Putinin ətraf ölkələrdə baş verən inqialblardan hansı dərsi çıxardığı ilə bağlı suala cavab olaraq Aleksey Navalnı bildirib ki, diktatorlar yanlış olaraq belə düşünürlər ki, güzəşt etsən hakimiyyət devriləcək. “Halbuki, Rusiya İmperiyasın Romanovların zəifliyi deyil, mütləqiyyət rejimin qoruyub-saxlamaq cəhdləri məhv etdi”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam