Latviya Rusiya ilə hava məkanını açmadı -AÇIQLAMA
Senytabrın 11-də Rusiya və Belarusla sərhədləri yaxınlığında hava məkanınını bir həftəlik bağlayan Latviya bu müddəti uzadır.
Yenixeber.org: Bu barədə Latviya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hava məkanı sentyabrın 18-dən oktyabrın 8-dək qapalı olacaq:
“Məhdudiyyətlər Milli Silahlı Qüvvələrə qapalı zonaya tam nəzarət etməyə, müşahidə sistemlərini sınaqdan keçirməyə, pilotsuz uçuş aparatları və əks-dron simulyasiyalarını həyata keçirməyə şərait yaradacaq”.