Redaktor seçimi
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Günün xəbəri

Məhkəmə -Aleksey Navalnını həbsdə saxladı

Məhkəmə Aleksey Navalnını həbsdə saxladı

Moskva Vilayət Məhkəməsi Rusiya müxalifətinin lideri Aleksey Navalnının 30 gün müddətinə həbs olunması qərarından verilən apellyasiya şikayətini təmin etməyib.

Yenixeber.org: Navalnının vəkilləri şikayətdə qanunvericilikdəki bir sıra uyğunsuzluqları qabardıblar.

Qeyd olunub ki, birinci instansiya məhkəməsi müxalifət liderinin həbs müddətinin 30 günədək uzadılması barədə qərar çıxarıb, Cinayət Prosessual Məcəlləsi isə yalnız 30 gündən çox olmayan müddət nəzərdə tutulub:

“Bütün bunlar böyük qanunun pozuntusudur. Məhkəmə iclasının protokolunu oxudunuzmu? Oxumusunuzsa, buna sadəcə gülə bilərsiniz”, - Aleksey Navalnı bildirib.

Məhkəmə iclas zamanı prokurorluğun nümayəndəsi A.Navalnının şikayətini əsassız sayıb və onun təmin edilməməsini istəyib.

Xatırladaq ki, yanvarın 18-də Korrupsiya ilə Mübarizə Fondunun qurucusu, Rusiya müxalifətinin lideri Aleksey Navalnı Almaniyadan müalicədən qayıtdıqdan sonra Rusiyanın paytaxtı Moskvada hava limanında həbs olunub. Ona maliyyə fırıldaqçılığı və sınaq müddətini dəfələrlə pozmağa görə 10 ilədək həbs cəzası verilə bilər. Siyasətçi bütün ittihamların uydurma olduğunu və birbaşa ölkə başçısının sifarişi ilə gerçəkləşdiyini iddia edir.

A.Navalnının həbsindən 1 gün sonra onun yutub kanalında Rusiya prezidenti Vladimir Putinin yaxın ətrafı ilə birgə qurduğu korrupsiya sxemləri və sarayı barədə 2 saatlıq sənədli film yayımlanıb. Video qısa zamanda 100 milyona yaxın izlənib və Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrin trend videolar sırasında yer alıb.

Yanvarın 23-də müxalifətçinin həbsinə etiraz olaraq Rusiyanın bütün bölgələri, həmçinin Avropanın bir çox şəhərlərində kütləvi mitinqlər keçirilib. Hüquq-mühafizə orqanları mitinqin razılaşdırılmadığını əsas gətirərək nümayişçilərə qarşı sərt müdaxilələr edib, minlərlə insanı həbs edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam