Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiyada -müxalifət liderinin mənzilinə həbs qoyuldu

Rusiyada müxalifət liderinin mənzilinə həbs qoyuldu

Məhkəmə icraçıları Rusiya müxalifətinin lideri Aleksey Navalnının Moskvadakı mənzilinə həbs qoyub.

Yenixeber.org: Bunu onun mətbuat katibi Kira Yarmış “Twitter” səhifəsində yazıb.

"İcra məmurları Aleksey Navalnının mənzilinə həbs qoyub. Bu, Rusiya prezidenti Vladimir Putinin aşbazı Yevgeni Priqojinə məxsus olan “Moskva məktəblisi” şirkətinin iddiası ilə əlaqədardır. Avqustun 27-də, yəni Navalnının zəhərlənməsindən bir həftə sonra məhkəmə icraçıları Marinodakı mənzildə onun payına dair qeyd əməliyyatlarının qadağan olunduğunu elan ediblər”, -  o bildirib.

Bundan sonra Navalnı həmin mənzili sata, hədiyyə edə və ya girov qoya bilməz. Yarmışın sözlərinə görə, Navalnının hesabına da həbs qoyulmuşdu.

Qeyd edək ki, A.Navalnı avqustun 20-də təyyarədə özünü pis hiss etdiyi üçün Rusiyanın Omsk şəhərində xəstəxanaya yerləşdirilib. Bir müddət sonra onu Almaniyaya aparıblar. Almaniya hökuməti A.Navalnının qanında “Noviçok” adlı zəhərli maddənin aşkarlandığını açıqlayıb. O, sentyabrın 23-də isə Almaniyanın “Şarite” klinikasından evə buraxılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam