Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

2022-də Ankara, Bakı və İrəvanı nə gözləyir? -Hasan Oktay AÇIQLADI

2022-də Ankara, Bakı və İrəvanı nə gözləyir? - Hasan Oktay AÇIQLADI

“Qarabağ məsələsi ilə bağlı 2022-ci ildən həm Ermənistan, həm də Azərbaycan tərəfdə gözləntilər böyükdür. Xüsusən də Ermənistan iqtidarı və müxalifəti Türkiyə ilə münasibətlərdə bütün gündəmi Qarabağ məsələsinə çəkmək niyyətini ortaya qoydu. Belə olan təqdirdə Türkiyə “3+3” formatını Moskvada gerçəkləşdirdi. Bu platformaya Gürcüstan qatılmadı. Bundan sonra bu platforma ilə bağlı müzakirələr Türkiyədə davam etdiriləcək”.

Yenixeber.org: Bunu Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri Hasan Oktay söyləyib.

O bildirib ki, Ermənistanın bu platformaya qatılması gerçəkləşən kimi Türkiyə-Azərbaycan-Ermənistan əlaqələri üçlük platformasına çevriləcək:

“Ona görə də dünyadakı bütün sistemləri hərəkətə gətirib, amma onun içərisində üçtərəfli müzakirə platforması təklif etməyə məcburuq. Bu təklif strateji bir təklif olmalıdır. Hazırda Rusiya və İran Zəngəzur dəhlizinin açılmasını rəsmi olmasa da, qeyri-rəsmi yollarla əngəllməyə çalışır. İstənilən halda Zəngəzur dəhlizi mütləq şəkildə açılmalıdır. Əgər açılmazsa, Türkiyə-Azərbaycan-Ermənistan arasındakı əlaqələri inkişaf etdirərək bütün Ermənistanı dəhlizə çevrirəcək bir mərhələyə qədəm qoya bilərik. Belə olan təqdirdə, Ermənistanın hazırkı baş naziri Nikol Paşinyana qarşı hərbi çevriliş də ola bilər”.

Hasan Oktayın fikrincə, Türkiyə Cənubi Qafqazdakı prosesləri Azərbaycanla birgə soyuqqanlı bir şəkildə gerçəkləşdirə bilərsə, bu həm Bakıya, həm də Ankaraya çox ciddi üstünlüklər qazandıracaq:

“Əgər bunun əksi baş verərsə, yəni Türkiyə və Azərbaycan Rusiyanın, İranın “əlinə oynayaraq” bölgədə fərqli proseslərin inkişafına dəstək verəcək həmlələr edərsə, kiçik və orta dönəm müddətində bu, Azərbaycanla Türkiyənin əleyhinə çevrilə bilər. Buna görə də bütün beynəlxalq sistemi hərəkətə keçirmək, həm də dünya sistemi içərisində Türkiyə-Ermənistan-Azərbaycan arasındakı üçtərəfli müzakirə platformalarını ön plana çıxarmaq vacibdir. Dediyim kimi, baş nazir Nikol Paşinyana qarşı hərbi çevriliş baş verə bilər. Paşinyanı qorumaq, müdafiə etmək lazım ola bilər, ona görə də İran və Rusiyanın bölgədəki fəaliyyətini izləmək lazımdır. Bundan başqa Gürcüstan yalnızlıq, təklik psixologiyasına qapılaraq bu prosesə müdaxilələr etmək üçün bəzi fəaliyyətlərə əl ata bilər. Bütün bu proseslər göz önünə gətirdiyində önümüzdəki günlər Türkiyə-Azərbaycan-Ermənistan əlaqələri baxımından gözəl günlər olacaq anlamına gəlir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam