Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Nyu-Yorkda təmaslar: -Ərdoğanla Paşinyan bu ölkədə görüşə bilər - TƏHLİL

Nyu-Yorkda təmaslar: Ərdoğanla Paşinyan bu ölkədə görüşə bilər - TƏHLİL

Ərdoğan Nyu-Yorkda İrakli Qaribaşvili ilə görüşdü. Cənubi Qafqaz regionundakı vəziyyətin müzakirə edildiyi görüşdə üç mümkün məsələ aktual ola bilər.

Yenixeber.org: Birincisi, Gürcüstanın altılıq platformasına gəlməsidir: rəsmi Tiflis Rusiya amilinə görə platformadan uzaq dayanır, hərçənd, bunun arxasında Vaşinqtonun da maraqları var; Türkiyə “altılıq platforması”nı beşlik formatında da reallaşdırmağın mümkün olacağını gündəmə daşıdı və bu o demək idi ki, Tiflisə görə vaxt itirilməyəcək, lakin Ərdoğanın Qaribaşviliyə platformaya qoşulacaqları təqdirdə qazana biləcəkləri dividendləri izah etməsi istisna deyil;

İkincisi, Qaribaşvilinin narahatlığıdır: Zəngəzur dəhlizinin açılması Gürcüstan marşrutunun perspektivinin zəifləməsi gözləntisi yaradıb; Qaribaşvili Bakıya səfərində Əliyevlə bu məsələni müzakirə etdi, mümkündür ki, Ərdoğanla da müzakirə mövzularından biri bu olub;

Üçüncü və əsas deyə biləcəyimiz məsələ Gürcüstanın bölgədə vasitəçilik missiyasıdır: rəsmi Tiflis ABŞ-ın dəstəyi ilə Bakı və İrəvan arasında humanitar məsələlərlə bağlı bir dəfə vasitəçilik edib, bu missiyanı yenidən davam etdirmək niyyətindədir; mediaya qapalı keçirilən görüşlə bağlı Tiflisin məlumatında “Gürcüstan Qafqaz regionunda uzunmüddətli sülh və sabitliyi təmin etmək üçün vasitəçilik funksiyasını yerinə yetirməyə hazırdır” qeydi də bu ehtimalı gücləndirir; bölgədə Rusiyanın vasitəçiliyinə Gürcüstanın alternativ olması ABŞ-ın da istəyinə uyğundur; bu, rusların qarşısında alternativ qazanmaq baxımından Bakıya da, İrəvana da sərf edir;

Lakin sual yaranır: Qaribaşvili Ərdoğanla kimin arasında vasitəçi olmaq istəyir?

Ərdoğan-Paşinyan görüşü: 
Ərdoğan Paşinyanın Qaribaşvili vasitəsilə görüşmək istəyini və görüş üçün Ankaranın şərtlərini açıqlamışdı. Bu, Ankara və İrəvan arasında Tiflisin vasitəçiliyi ilə kulis danışıqlarının getdiyi versiyasını önə çıxarır. Ərdoğanın Nyu-Yorka səfər etdiyi gün Paşinyanın sözçüsü Mane Gevorqyan “Ermənistan Türkiyə ilə ən üst səviyyədə dialoqa hazırdır” açıqlamasını verdi. İstisna deyil ki, Paşinyan Qaribaşvili ilə Ərdoğana yeni mesajlar göndərib və Nyu-Yorkda müzakirə edilən əsas məsələ də Ərdoğan-Paşinyan görüşü olub.


Bu görüşün Gürcüstanda keçiriləcəyi versiyasını irəli sürə bilərik.

Ankara-İrəvan təmaslarında Moskva da vasitəçi olmaq istəyər: həm İrəvanın onun nəzarətindən kənar addımlar atmaması, həm də Tiflisin alternativ vasitəçi olmaması baxımından; istisna deyil ki, Ərdoğan-Putin görüşündə bu məsələ üzərində də dayanılacaq;

Hərçənd, Türkiyə üçün Gürcüstanın vasitəçi olması daha sərfəlidir və bunun bir neçə səbəbi var:

- Bölgədə Rusiyanın təsirinin azaldılması, güc balansının ən azı bərabərləşdirilməsi;

- Ermənistanla Rusiya təsiri olmadan əlaqələrin qurulması: bu, həm Qarabağ məsələsi, həm də perspektivdə İrəvan üzərindən təsir imkanları üçün lazımlıdır;

- Gürcüstanın bölgədəki proseslərdən kənarda qalmaması: bu, Tiflisin Bakı-Ankara orbitində qalması və gələcəkdə regional platformaya qoşulması üçün qapıların aralı saxlanılması baxımından əhəmiyyətlidir;


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam