Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Türkiyə və Ermənistan ilk dəfə eyni masada oturacaq-Moskvada

Altıtərəfli Cənubi Qafqaz sülh platformasının ilk görüşü sabah – dekabrın 10-da Moskvada keçiriləcək.

Yenixeber.org: Bu haqda “Röyters” Türkiyənin Xarici İşlər Nazirliyinə istinadla xəbər yayıb.

Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyənin iştirakıyla sülh platforması ideyasını Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birlikdə ötən il Qarabağ müharibəsindən irəli sürüb. Ermənistanla diplomatik münasibətləri olmayan Ankara bu platformanın İrəvanla əlaqələri normallaşdıra biləcəyini deyib.

Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, Azərbaycan, Ermənistan, Rusiya, İran və Türkiyə tədbirdə xarici işlər nazirlərinin müavinləri səviyyəsində təmsil olunacaqlar. Gürcüstanın iştirakı haqda isə məlumat verilməyib.

Ermənistanla Türkiyə 2009-cu ildə əlaqələrin bərpası və birgə sərhədin açılması üzrə saziş imzalasa da, sənəd ratifikasiya olunmayıb, əlaqələr gərgin olaraq qalıb.

Ankara bildirib ki, Ermənistan müsbət addımlar atarsa, buna qarşılıq verəcək və İrəvanı sülh platformasına qoşulmağa dəvət edib.

Gürcüstan isə Moskva görüşünə qatılmayacağını bildirib. Bu haqda ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Xarici İşlər Nazirliyi dəfələrlə 3+3 formatında regional əməkdaşlıq təşəbbüsünə dair aydın mövqe bildirib... Bu formatda danışıqlarda iştirakı nəzərdən keçirmirik və Gürcüstan dekabrın 10-na planlaşdırılan görüşə qatılmayacaq”, – qurumdan deyilib.

Gürcüstanın xarici işlər naziri David Zalkaliani oktyabrın 7-də bildirib ki, ölkə böyük geosiyasi layihələrdə hansısa formada təmsil olunacaq, şübhəsiz ki, dövlət maraqları, yaxud işğalçıya hansısa güzəştlər hesabına deyil. Zalkaliani daha öncə demişdi ki, ölkə ərazisinin 20%-ni işğal etmiş Rusiya ilə birgə hansısa formatdan söhbət gedə bilməz.

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov isə Gürcüstanın “3+3” formatına qoşulacağına ümidvar olduğunu deyirdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam