Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Ermənistan revanş fikrinə düşərsə, yenə də..."

"Altılı platforma planı uzaqgörən bir təşəbbüsdür və bütün regional iştirakçıların əməkdaşlığını nəzərdə tutan bir mexanizmdir. Ona görə də ona bu cür münasibət var".

Yenixeber.org: Bunu politoloq İlqar Vəlizadə deyib.

Politoloq bildirib ki, Bakı-Tbilisi-Qars Dəmir Yolu təşəbbüsü Azərbaycan, Gürcüstan və Türkiyə tərəfindən olsa da, bu gün artıq həmin yoldan Rusiya və İran da istifadə edir:

"Əslində, Prezidentimiz Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla paraddan sonra sənədlərin imzalanması mərasimi zamanı çıxışında da qeyd etdi ki, regionda bir neçə format müəyyənləşib. Azərbaycan - Rusiya - İran, Azərbaycan - Türkiyə - Gürcüstan, Türkiyə - Azərbaycan - Rusiya, bu formatlar indi də fəaliyyət göstərir və formatlar bir-biri ilə uyğundurlar. Məsələn, Bakı-Tbilisi-Qars Dəmir Yolu Azərbaycan, Gürcüstan, Türkiyə üçtərəfli formatının məntiqi əsasını təşkil edən bir yoldur. Bu yolun təşəbbüskarı da bu 3 ölkə idi. 2007-ci ildə belə bir təşəbbüs irəli sürülmüşdü. Amma indi baxın, aradan zaman keçdi və bu yoldan indi Rusiya da, İran da istifadə edir. Məsəl üçün, ötən illərdə Rusiyanın iri metal istehsalçıları həmin yolla Türkiyəyə müəyyən həcmdə, mal ixrac ediblər. Eyni zamanda başqa məhsullar da Türkiyədən Rusiyaya həmin bu yolla daşınır. 2019-cu ildə Azərbaycan, Türkiyə və Rusiya dəmiryolu ilə bağlı üçtərəfli bir saziş imzalayıblar ki, bu da həmin yoldan istifadə etməyə imkan yaradan sazişdir. Bu yol Gürcüstan ərzisindən keçir, Gürcüstan da bundan mənfəət qazana bilir. Baxmayaraq ki, Gürcüstanla Rusiyanın münasibətləri yaxşı deyil, amma yenə də iqtisadiyyat öz sözünü deyir".

"Altılı platforma kimi əməkdaşlıqlar imkan verir ki, bütün ölkələr, yəni burada əməkadaşlığa can atan, əməkdaşlığı digər məsələrdən üstün tutan ölkələr əlbəttə ki, bu cür təşəbbüslərdən, mühitdən, infrastrukturdan yararlana bilər, o cümlədən Ermənistan. Məsələn, Mehridən keçən yol Ermənistandan keçir. Bu yoldan Ermənistan da istifadə etməklə öz məhsullarını xarici bazarlara çıxarda bilər. Amma şərt var. Şərt də ondan ibarətdir ki, Ermənistan öz qeyri-konstruktiv mövqeyindən, yanaşmadan əl çəkməlidir. Əlbəttə, revanş fikirləri Ermənistanda üstünlük təşkil etsə və yaxud da Azərbaycana hansısa bir məsələdə qalib gəlmək fikirləri olsa, Ermənistan bu platformaya qoşula bilməz, Ermənistanın orada işi yoxdur, yenə də blokadada olacaq. Yox, əgər doğrudan da konstruktiv münasibətlər qurmaq istəyirsə, qonşu ölkələrin ərazi bütövlüyünü tanımalıdır, birdəfəlik ərazi iddialarından əl çəkməlidir, normal münasibətlər qurmağa çalışmalıdır. O zaman o da bu platformaya qoşula bilər, iştirak edər və mənfəət qazanar", - İlqar Vəlizadə deyib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam