Redaktor seçimi
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Yevlax şəhər 7 nömrəli məktəbdə "yoxlama" adlı ŞOU:
QHT-lərə Dövlət Dəstəyi Agentliyindən Dövlət başçısının mövqeyinə sayqısızlıq-
Günün xəbəri

Zəngəzur dəhlizi Ermənistanı blokadadan azad edəcək

 Azərbaycan və Türkiyə regional sabitlik platforması yaratmağı və regionda düşmənçiliyi aradan qaldırmağı təklif edir.

Yenixeber.org: Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Milli Məclisdə çıxışı zamanı bildirib.

"Qardaşımla (prezident İlham Əliyev - red.) mən təklif irəli sürmüşük. Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstan platforması yaratmaq istəyirik ", -  o deyib.

“Gürcüstanın bununla bağlı məsələləri var idi və bu, ölkənin baş nazirinin Türkiyəyə son səfəri zamanı müzakirə olunub. Dedim ki, bu, Gürcüstanın xeyrinə olacaq, gəlin, bu addımı ataq. Siz Ermənistanla bizim aramızda olan problemləri bilirsiniz. Buna baxmayaraq, biz problemin həllini istəyirik. Eyni şəkildə bu platforma Rusiya ilə sizin problemlərinizin həlli üçün faydalı olacaq. Bu regionun sülhə ehtiyacı var, biz bunu etməliyik", - Ərdoğan deyib.

O həmçinin Zəngəzur dəhlizinin açılmasının bütün region üçün böyük faydasının  olacağını bildirib. "Bütün bunlar Azərbaycan və Ermənistan üçün yeni eranın başlanğıcıdır. Ermənilər Zəngəzur dəhlizilə çəkiləcək dəmir yolu ilə Moskvaya da gedə biləcəklər, bununla da özlərini salmış olduqları blokadadan azad olacaqlar. Türkiyə ilə sərhədlərin açılmasının Ermənistan üçün üstünlükləri saysız-hesabsızdır", - Ərdoğan deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam