Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

“Əliyev-Putin-Paşinyan görüşü gözlənilir” -“artsax” mövzusu rəsmən də qapadılır!

10 noyabr kapitulyasiya sənədinin ildönümünədək Ermənistan Kremlin patronajlığı ilə Azərbaycanla sülh müqaviləsi imzalaya bilər - gözlənti

Yenixeber.org: Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan dünən Moskvaya işgüzar səfərə gedib. Onun Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi gözlənilirdi. Bu, onun partiyasının parlament seçkilərindəki qələbəsindən sonra, öz legitimliyini təsdiqləməsinin ardınca Rusiyaya ilk səfəri idi. Bununla da Moskvanın Ermənistandan ötrü strateji önəmi bir daha vurğulanmış oldu.

Qeyd edək ki, Putin Paşinyanı hakim partiyanın seçkilərdə qələbəsi münasibətilə təbrik eləməsə də, rəsmi Kreml nəticələrdən məmnun qaldığını gizlətməyib. Hərçənd Ermənistan hökumətinin mətbuat xidməti seçkilərdən bir həftə sonra Paşinyanla Putin arasında baş tutmuş telefon danışığı haqda yaydığı məlumatda telefon söhbəti zamanı Rusiya başçısının Nikol Paşinyanı təbrik elədiyi bildirilirdi. Lakin Kremlin yaydığı rəsmi məlumatda bu detal yox idi. Yəni bilinmədi ki, Rusiya lideri Ermənistan rəhbərini təbrik edib, ya yox?..

*****

Təbii ki, qərbyönlü siyasətçi sayılan Nikol Paşinyanın xarici dövlətə ilk səfər qismində Rusiyanı seçməsi öz xoşu ilə yox, zorən olub. Çünki Qərb uzaqda, Rusiya isə yaxında - Ermənistanın içindədir. Özü də hərbi varlıq olaraq. Üstəgəl, Azərbaycana məxsus Qarabağda, daha dəqiqi, anklavda bir ovuc erməni əhalinin varlıq qarantı da indi Rusiyadır, rus sülhməramlılarıdır, Ermənistan yox.

Fakt budur ki, Rusiya ərazimizdə ermənilərin qalması üçün əlindən gələni edir, onlar üçün hətta evlər tikir, habelə sülhməramlı missiyasına aid olmayan başqa işləri görür, o sırada Bakını qıcıqlandırsa da, separatçıların bir çox qanunsuz hərəkətlərinə göz yumur ki, həm erməni əhali Moskvadan narazı qalmasın və 44 günlük müharibədəki ağır məğlubiyyətə görə incikliyi unutsun, həm də və ən əsası, ermənilər Qarabağdan qaçıb getməsin. Ona görə ki, Qarabağda erməni qalmayacaqsa, Rusiya sülhməramlılarına, bütövlükdə Azərbaycanda Rusiya amilinə də ehtiyac qalmayacaq. Odur ki, Moskva böyük paralar xərcləyir ki, “əziyyəti” hədər getməsin. Bir az da tələsir.

Əliyev-Putin-Paşinyan görüşü keçiriləcək –

Kremlin bu siyasəti Paşinyan iqtidarını da qane edir. Axı xərci, əziyyəti Moskva çəkir. Bu yandan da Azərbaycanla yeni sərhədləri Rusiyaya həvalə eləməklə rəsmi İrəvan daha bir yükdən - təhlükəsizlik problemindən azad olmaq istəyir. Kəsəsi, qarşılıqlı ehtiyac məsələsi.

Bəs belə qarşılıqlı ehtiyac postmüharibə dönəmində Azərbaycanın milli maraqlarına hər hansı təhdid yarada bilərmi? Söhbət öncəliklə keçmiş Dağlıq Qarabağ coğrafi ərazisinin yerdə qalan hissəsinin də Azərbaycanın yurisdiksiyasına qaytarmaqdan, oradakı qanunsuz silahlı dəstələrin və kriminal ünsürlərin tam tərksilah edilməsindən gedir. 

*****

“Ermənistan faktiki olaraq qərbyönlü siyasət yürüdür. Aydındır ki, bu səbəbdən Rusiya İrəvana dəstək prosesinə qatılmayacaq. Nəticə etibarilə biz Ermənistanın ”artsax" ideyasından tamamilə imtina etmək məcburiyyətində qalacağını görəcəyik.

Bunu rusiyalı politoloq Vladimir Lepexin Ermənistan mediasına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycan “artsax”ın utilizasiyası strategiyasını çoxdan hazırlayıb və artıq bu proses sona yaxınlaşır: “Rəsmi İrəvan isə bu barədə danışıqları imitasiya edir. Əslində isə ”artsax"la bağlı heç bir danışıq yoxdur. Bu mövzu qapanıb".

Vladimir Lepexin: “Azərbaycan AİB-in “imtiyazlı tərəfdaşı” ola bilər”

 Vladimir Lepexin

 

Politoloq hesab edir ki, İrəvan Qarabağa görə Azərbaycanla müharibə aparmaq niyyətində deyil. “Hazırkı şəraitdə Ermənistanın regional inkişafı yalnız bir istiqamətdə baş verə bilər: Bu ölkənin Türkiyənin protektoratına çevrilməsi”, - deyə o əlavə edib.

Əslində Ermənistan adlı qondarma dövlətin 30 illik formal mövcudluğu, daha dəqiqi, ermənilərin ötən müddətdə özlərinə dövlət qura bilməməsi bu gerçəyə öz möhürünü basıb. Belə bir qənaət daşlaşıb ki, həmsərhəd olmayan Rusiya deyil, məhz qonşu Azərbaycan və Türkiyə ilə inteqrasiya, əməkdaşlıq Ermənistan üçün xilas formulu ola bilər.

*****

“Füzuli və Zəngilan rayonlarının xəritələrinin alınması onu göstərir ki, Bakı prosesi idarə və diktə edir, İrəvandan nə istəyirsə, onu əldə edir”.

Andrey Petrov: Sərhədlərin açılması Azərbaycan iqtisadiyyatına müsbət təsir  edəcək - "İki sahil"

 Andrey Petrov

 

Bu sözləri Vesti.az-a digər rusiyalı ekspert Andrey Petrov deyib.

“Ermənistan tərəfindən daha iki rayonun minalanmış ərazilərinin xəritələrinin Azərbaycana verilməsi Cənubi Qafqazın münaqişədən sonrakı dövrü üçün çox vacib hadisədir. İndi artıq Bakı Zəngəzur dəhlizinin Azərbaycana aid hissəsini sürətlə minalardan təmizləyə biləcək, hansı ərazilərin ki, - bütövlükdə Füzuli və Zəngilanın, -  bərpası Şuşa və Ağdamdan sonra prioritet sayılır. Məhz bu rayonların xəritələrinin əldə edilməsi göstərir ki, Azərbaycan prosesi özü idarə edir və Ermənistandan nə ehtiyac duyursa, onu alır”, - deyə analitik qeyd edib.

Onun sözlərinə görə, Moskva azad edilmiş rayonların minalardan təmizlənməsi problemindən narahatdır və İrəvana öhdəliklərini yerinə yetirməsi üçün təzyiq göstərir: “Özü də Bakı müharibədən sonra ələ keçirdiyi erməni hərbi qulluqçularını təhvil verməypə borclu deyil, İrəvan isə minalanmış ərazilərin xəritələrini təhvil verməyə borcludur”.

Analitik eyni zamanda bütün mina xəritələri Bakıya veriləndən sonra Putin, Əliyev və Paşinyan arasında yeni üçlü görüşün baş tutacağın istisna eləmir. “Həmin görüşdə 10 noyabr 2020 və 11 yanvar 2021 sazişlərinin reallaşması yönündə irəliləyişlər vurğulana və ölkələr arasında münasibətlərin normallaşmasında yeni bir mərhələ, o cümlədən sülh sazişi üzərində danışıqlar başlaya bilər. Görüş yəqin ki, 10 noyabr tarixinə - üçtərəfli bəyanatın ildönümünə təsadüf edəcək”, - deyə ekspert əlavə edib.

Ermənistanın, onun siyasi elitasının Azərbaycanla sülh müqaviləsi imzalamaqdan başqa yolu da qalmayıb. Ya sülh, ya da... sülh. 


“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam