Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

“Ermənilərin də bu torpaqda yaşamağa haqqı var” -Kommunist Rauf Qurbanov

“Ermənilərin də bu torpaqda yaşamağa haqqı var” - Kommunist Rauf Qurbanov

“Azərbaycanda bir kommunist partiyası var, o da bizik”, deyən partiya sədri Rauf Qurbanov Qarabağ məsələsinin çözümünə kommunistlərin biganə qalmadığını bildirdi.

Yenixeber.org: Rauf Qurbanov Kommunist Partiyasının bu hadisələr zamanı görünmədiyindən və ermənilərlə bundan sonra hansı şəraitdə yaşamaq mümkünlüydən bəhs edən suallarına da çox nikbin yanaşma sərgilədi:

“Bu fərdi ev deyil ki, qonşun xoşuna gəlmir, köçüb, gedəsən. Bu tarixi torpaqlarda biz yaşamışıq, əzəli torpaqlarımızdır”.

”O cümlədən ermənilər də ora gəlib məskunlaşıblar, onların da orada yaşamağa haqqı var. O qədər millətlər olub ki, bir-biri ilə yüz illər müharibə aparıb və sonradan sülh, xalq diplomatiyası ilə o düşmənçilik unudulmasa da, tarixin arxivinə gömülüb”.

”Hesab edirəm ki, azərbaycanlılar olaraq ermənilərlə birgə yaşaya bilərik və yaşayacağıq. Hal hazırda Azərbaycanda 30 mindən artıq erməni əsilli insan yaşayır”.

”Azərbaycanlı ilə erməni Gürcüstanda eyni kənddə yaşaya, Rusiyada qonşu ola, birgə bizneslə məşğul ola bilirlərsə, bu Azərbaycan ərazisində niyə mümkün olmasın?”

”Məgər yaşamırdıq? Mən özüm Gəncəliyəm. Gəncədə ikinci çast deyilən yerdə, çayın o biri tərəfində yaşayanların çoxu erməni idi”.

”Bizim onlara, onların bizə qarşı heç bir ədavəti yox idi. Mehriban bir ailənin üzvləri kimi yaşamışıq. Respublikanın digər yerlərində də bu belə idi”.

Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov sonda əsl kommunist nidası ilə vurğuladı ki, “bəhs olunan ədavət xalq diplomatiyası yolu ilə özünün müsbət sülh tərəfini tapacaq. Azərbaycanlılarla ermənilər bir coğrafi məkanda yaşamağa məhkumdurlar və yaşayacaqlar”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam