Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“İbrahimbəyovun arxasında ermənilər durur”

 

Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Şuranın “fəxri sədri” Rüstəm İbrahimbəyovun “biz erməni xalqı ilə düşmən deyilik və mütləq barışacağıq”,- fikirinə və adıçəkilən qurumun sədri Cəmil Həsənlinin onu dəstəkləməsinə münasibət bildirib. 

"Xeberinfo.com":  Məlumata görə, S. Novruzov AzVision.az-a açıqlamasında bildirib ki, Rüstəm İbrahimbəyov uşaqlıqdan ermənilərlə dostluq edir, ona görə də ermənilərlə münasibəti həmişə yaxşı olub: “Azərbaycan ziyalılarının Rüstəm İbrahimbəyova qarşı tənqidi çıxışlarının mərkəzində həmişə bu məsələ durub. Bu adam müsahibələrinin birində demişdi ki, ermənilərin Bakıdan getməsi nəticəsində Azərbaycanın mədəni səviyyəsi aşağı düşüb. Onun Azərbaycan xalqına qarşı belə yanaşması ermənilərlə dostluğunun bariz nəticəsidir”. 
Milli Şura ideyasının xaricdən ixrac olunduğunu vurğulayan S. Novruzov bildirib ki, hazırda bu qurumun “fəxri sədri” olan R. İbrahimbəyovun arxasında erməni lobbisi, ermənilər dayanırlar: “Bu gün də ermənilərin maliyyəsi hesabına həmin təşkilat fəaliyyət göstərir. Milli Şuranın özü də bu gün Rüstəm İbrahimbəyovu müdafiə edir. İlk Avropa Oyunlarının əleyhinə olan son hadisələr dünyada ermənilər, erməni lobbisi, Azərbaycanda isə AXCP və Milli Şuradır. Buradakı paralellik göstərir ki, onlar eyni mənbədən istiqamətləndirilirlər.
Rüstəm İbrahimbəyov ermənilərin azərbaycanlıların düşməni olmadığını deyir. Əgər ermənilər düşmən deyillərsə, onda başqa planetdən gəlib tutublar bizim torpaqlarımızı? Xocalı soyqırımını kim törədib? O qədər qaçqın və məcburi köçkün kimin hesabınadır? 20 mindən artıq insan şəhid olub. Onlar öz-özünə şəhid olublar? Rüstəm İbrahimbəyovun yanaşması qüsurludur", - deyə S. Novruzov vurğulayıb. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam