Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

Qarabağ görüşü: -Putinin məqsədi budur – Mixaylov

Sabah Rusiya, Azərbaycan prezidentləri və Ermənistan baş nazirinin iştirakı ilə Moskvada keçiriləcək danışıqlar Qarabağ münaqişəsinin yekun həlli və gələcəkdə regionun sülh və rifah əldə etməsinin ilk əlamətidir.

Yenixeber.org: Bu sözləri beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Yevgeni Mixaylov bildirib.

“Fikrimcə, istənilən danışıqlar heç nə etməməklə müqayisədə daha yaxşıdır. Lakin burada da bu və ya digər yığılmış problemlərin qəti qərarlarla həllinə tələsmək lazım deyil. Güman edirəm ki, ilk növbədə, kənara çıxılması mümkün olmayan əsas parametrlər qurulmalıdır. Yəni ölkə liderləri tərəfləri razı salacaq sülh müqaviləsinin gələcəyinin aksentlərini təsdiq etməlidirlər”, – Mixaylov qeyd edib.

Onun sözlərinə görə, belə bir görüş sayəsində rəsmi Moskva hərbi əməliyyatların dayandırılmasına dair bir müqavilənin imzalanmasına töhfə verən və sülhməramlıları bölgəyə gətirən bir ölkə olaraq nizamlanmada lider rolunu qoruyur:

“Fikrimcə, Rusiya bölgədəki təsirinin artdığını görməkdə maraqlıdır. Eyni zamanda, Kreml dərk edir ki, maraqların tam bir konsensusu üçün bölgənin inkişafında birbaşa maraqlı olan ölkələrin – Türkiyə və İranın fikirlərini nəzərə almaq lazımdır. Rusiya Prezidenti Vladimir Putin təcrübəli liderdir. O, hazırda Ermənistanın kifayət qədər zəif olduğunu və bölgənin xaosa sürüklənməsində maraqlı olan qüvvələrin təsirinə məruz qaldığı üçün regionda çox təhlükəli olduğunu başa düşərək, mövcud danışıqlarda tələsik nəticələrə yol verməyəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam