Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiyalı ekspert: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli mümkün deyil"

 

“Mən əminəm ki, bu hesabat BMT-yə qondarma “Dağlıq Qarabağ Respublikası” tərəfindən təqdim edilməyib. BMT-nin rəsmi saytında yalnız bu təşkilatın üzvlərinin hesabatları dərc edilə bilər. Ona görə də deyə bilərəm ki, bunu yalnız Ermənistan Respublikası edə bilərdi”. 

Yenixeber.org: Məlumata görə, bunu müsahibəsində rusiyalı ekspert Oleq Kuznetsov qondarma “Dağlıq Qarabağ Respublikası”nın hesabatının BMT-nin rəsmi saytında yerləşdirilməsini şərh edərkən deyib. 

Oleq Kuznetsov qeyd edib ki, BMT-nin Nizamnaməsinə əsasən, qurumun hər bir üzvü öz statusuna uyğun olaraq hesabatlar dərc edə bilər, sənədin məzmununa görə də həmin üzv ölkə məsuliyyət daşıyır: “Ermənistanın BMT-dəki nümayəndəliyinin sənədi BMT-nin sənədi deyil".  

Ekspert, həmçinin, vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin xalqların sülhə hazırlanması yolu ilə həll ediləcəyinə inanmır: “Mən bu haqda hələ 2012-ci ildə yazmışam. Hesab edirəm ki, Samuel Hantinqtonun “sivilizasiyaların toqquşması” nəzəriyyəsi Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini izah edir. Çünki düşünürəm ki, bu, doğrudan da sivilizasiyaların, bir-birinə zidd dünyaların toqquşmasıdır”. 

Onun sözlərinə görə, münaqişənin sülh yolu ilə həlli mümkün deyil: “Dağlıq Qarabağ münaqişəsi qlobal geosiyasət çərçivəsində Cənubi Qafqazdan kənarda yerləşən qüvvələr tərəfindən istifadə olunur. Münaqişə Qafqazda yaradılmayıb, ona görə də onun sülh yolu ilə həlli mümkün deyil. Bu münaqişənin əsas benefisiarları nə Bakıda, nə də İrəvandadır”. (ONA.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam