Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Koçaryanın -Moskva səfərinin detalları gizlədilir

Koçaryanın Moskva səfərinin detalları gizlədilir
Ermənistan mətbuatı keçmiş prezident, Qarabağ klanının əsas fiqurlarından olan Robert Koçaryanın Moskva səfərinin təfərrüatlarını dəqiqləşdirə bilməyib.

Yenixeber.org: Üçgünlük səfər yekunlaşsa da, eks-prezidentin belə həssas dönəmdə Rusiyaya hansı səbəbdən üz tutması, kimlərlə görüş keçirməsi qaranlıq qalıb.
“Hraparak” bununla bağlı yazıb: “Keçmiş prezidentin səfəri yekunlaşıb və o, artıq ölkəyə qayıtsa da, Koçaryanın ofisindən məsələ ilə bağlı məlumat vermək istəmirlər. Viktor Soqomyan yalnız bunu deyib ki, səfər özəl xarakter daşıyıb, başqa bir informasiya verə bilmərik. Əldə etdiyimiz məlumata görə Koçaryan iddia edildiyi kimi Moskvaya AFK “Sistema”nın idarə heyətinin illik toplantısına qatılmaq məqsədi ilə getməyibmiş. Onun Rusiya ziyarətinin əsas hədəflərindən biri siyasi görüşlər keçirmək olub. Oğlu Levon Koçaryan isə səfərlə bağlı qısa olaraq “hər şey yaxşı keçdi” deyib…”

Qəzet, həmçinin iddia edir ki, əslində Koçaryanın Moskvada elə də əhəmiyyətli görüşləri olmayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam