Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

 Koçaryanın əmlakı ictimailəşdiriləcək

Paşinyan Koçaryanın əmlakını ictimailəşdirəcək

Ermənistan baş naziri Nikol Paşinyanın hökuməti ölkənin sabiq prezidenti Robert Koçaryana məxsus əmlaklar barədə məlumatların hamısını ictimaiyyətə təqdim edəcək
Yenixeber.org: "Qraparak” qəzetinə istinadən xəbər verir ki, əvvəlcə “Ermənistan beynəlxalq hava yolları” MMC, sonra isə “VivaCell-MTS” və “Nairi” tibb mərkəzi Koçaryanın pnların səhmlərinə sahib olmadığına dair bəyanat verdilər. Lakin Paşinyan hökuməti bu bəyanatların doğruluğuna inanmayıb və bir növ özünü aldadılmış və təhqir olunmuş hiss edib. Bu səbəbdən də, baş nazirin kabineti yeni əks-tədbirlər görməyə hazırlaşır. 

“Yaxın günlərdə hansısa kanal vasitəsilə Robert Koçaryanın sahib olduğu bütün əmlakın siyahısı dərc olunacaq. Bu zaman siyahıya elə əmlaklar salınacaq ki, Koçaryan çətin ki, onlara sahibləndiyini inkar edə bilsin. Həmçinin, Koçaryanın ətrafındakı insanlar barəsində də iş aparılır. Özəlliklə də, bu gün onun yanında yer alan insalara, xüsusən də Koçaryanın son müsahibəsində adını çəkdiyi keçmiş gömrük rəisi Armen Avetisyana qarşı cinayət işinin açılması mümkündür.” – deyə, qəzet yazır.

Qeyd edək ki, Koçaryan Rusiyanın NTV telekanalına müsahibə verib. Onun müsahibəsi bu axşam efirində yayımlanacaq. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam