Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Koçaryan Paşinyanı məhkəməyə verdi- Parisdəki çıxışına görə     

 

Koçaryan Paşinyanı məhkəməyə verdi - Parisdəki çıxışına görə
Ermənistanın ikinci prezidenti Robert Koçaryan şərəf və layəqətin təhqir olunması ilə əlaqədar hazırkı baş nazir Nikol Paşinyana qarşı məhkəmədə iddia qaldırıb.
Yenixeber.org: Bu barədə Ermənistanın məhkəmə departamentinin mətbuat xidməti məlumat yayıb. 

Qeyd olunur ki, Koçaryanın Paşinyana qarşı şikayət ərizəsi 17 sentyabrda məhkəmə tərəfindən qəbul edilib. Lakin Paşinyanın məhz hansı təhqiredici ifadəsinin Koçaryanın məhkəməyə şikayət etməsinə zəmin yaratdığı məlum deyil. 

Koçaryanın məhkəmədəki təmsilçisi Ayk Aoumyan isə bildirib ki, Fransada səfərdə olarkən Paşinyanın səsləndirdiyi bəyanata görə Koçaryan baş naziri məhkəməyə verib. Belə ki, Parisdə Fransadakı erməni cəmiyyətinin nümayəndələri ilə görüşən Nikol Paşinyan Ermənistanın Milli Təhlükəsizlik Xidməti və Xüsusi istintaq Xidməti rəhbərlərinin yayılan gizli səs yazısı ilə bağlı danışarkən Robert Koçaryanın da adını çəkib. 

Paşinyanın Koçaryanın məhkəməyə şikayət etməsinə səbəb olan ifadələri budur: “(Koçaryan) deyir ki, mən toxunulmazam. O, nə deməkdir ki, toxunulmazam? Yəni insanların qətlini təşkil etmək və sonra da “mən toxunulmazam” demək olar. Belə şey harada yazılıb?” 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam