Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

“RAMİZ MEHDİYEV RUSİYANIN ADAMIDIR...” -Əli İnsanov AMEA prezidentilə birgə siyasi fəaliyyəti haqda danışdı

Mən onlarla sirdaş olmasam da, həmkar olmuşuq. Bir komandada işləmişik. Yəni, yaxşı günlər də olub, pis günlər də olub. Yeri gəlmişkən, indi bəziləri, ağzıgöyçəklər danşırlar ki, mən Ramiz Mehdiyevlə birləşmişəm. Bu, qeyri-mümkündür. Mən ona bir insan, keçmiş əməkdaş, yoldaş kimi hörmət edə bilərəm. Ancaq mən onunla bir yerdə ola bilmərəm. Bunun sadə izahatı var. Biz siyasətin müxtəlif qütblərindəyik. Onun konkret, istiqamətini bilirsiniz, bu adam haranın tərəfdarıdır, kimlə dostluq, kimlə yaxınlıq edir. Əli İnsanov isə partiya nizamnaməsinə konkret yazıb, avroatlantik məkana inteqrasiya. Görün, bu heç uyğun gələn şeydir. Bu, qeyri-mümkündür”. 

Yenixeber.org: Bu sözləri keçmiş səhiyyə naziri, Haqq Ədalət partiyasının sədri Əli İnsanov “Amerikanın səsi” radiosuna müsahibəsində Ramiz Mehdiyevlə bağlı sualı cavablandırarkən deyib.

Əli İnsanov Ramiz Mehdiyevin Rusiyanın adamı olduğuna işarə vurub: "Ramiz Mehdiyev hər zaman Rusiyanın tərəfdarı və onunla yaxın münasibətləri olub.Ona böyük hörmət olub, dəstək olub və sairə. Ancaq mən maraqlanıram, bu gün ona niyə dəstək vermirlər? Məni bir də, daha çox maraqlandıran başqa şeydir. Yəni, burada nöqtə qoyaq ki, bizim Ramiz Mehdiyevlə birgə siyasi fəaliyyətimiz ola bilməz”.

(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam