Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ramiz Mehdiyev -“həqiqi müxalifət” deyəndə kimi nəzərdə tutur?

Ramiz Mehdiyev “həqiqi müxalifət” deyəndə kimi nəzərdə tutur?

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin açıqlamasında “Bu qarayaxma kampaniyası göstərdi ki, həqiqi müxalifətin bir siması olduğu halda, özünü iqtidara loyal göstərən bəzi millət vəkillərinin, keçmiş məmurların, jurnalistlərin lazım gəldikdə bir neçə siması ola bilirmiş” fikri sosial şəbəkələrdə müxakirələrə səbəb olub. AMEA prezidentinin dedikləri onun müxalifətə jesti kimi dəyərləndirilib. Eyni zamanda Ramiz Mehdiyevin hansı müxalif qüvvəni “həqiqi müxalifət” hesab etməsi maraq doğurub. 

Yenixeber.org: Azərbaycan Demokrat Partiyasının (ADP) Sərdar Cəlaloğlu Yenisabah.az bildirib ki, Ramiz Mehdiyev “həqiqi müxalifət” deyəndə onları nəzərdə tutub. “O yaxşı bilir ki, biz həqiqi müxalifətik. O hakimiyyətdə olanda ona münasibətimiz necə olubsa, indi də elədir. Amma onu tənqid edən deputatlarla bağlı düz deyir. Vaxtilə onu mədh edirdilər, indi meydan oxuyurlar. Biz isə müxalifət kimi ona münasibətimizdə ilk gündən fərqli mövqe nümayiş etdirməmişik”,- deyə ADP sədri vurğulayıb.

Ramiz Mehdiyevin açıqlamasında məhkəmə ilə hədələdiyi şəxslərdən biri də Sərdar Cəlaloğludur. Maraqlıdır ki, AMEA prezidenti onu siyasətçi kimi deyil, qəzet redaktoru kimi təqdim edib. ADP sədri Ramiz Mehdiyevin bu təqdimatına belə münasibət bildirib: 

“Bir az qocalıb, yəqin yaddaşı zadı zəifləyib. Digər tərəfdən, mən axı həm də “Hürriyət” qəzetinin sahibiyəm. Yəqin o baxımdan elə deyib. Ümumiyyətlə, onun mənim haqqımda bulanıq təsəvvürü var. Məsələn, elə bilir ki, mən tarixçiyəm”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam