Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Ramiz Mehdiyevlə bağlı məsələ böyüyür:“O, belə ifadələr işlədib”

Ramiz Mehdiyevlə bağlı məsələ böyüyür: “O, belə ifadələr işlədib”

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev hələ də siyasi gündəmin əsas personasıdır. 

Yenixeber.org: Bir həftədən artıqdır Ramiz Mehdiyev barəsində ən müxtəlif adamlar ölkənin ictimai-siyasi həyatı üçün şok effekti yaradan ittihamlar səsləndirirlər. Bu ittihamlara görə Azərbaycanın ictimai-siyasi səhnəsindəki ürəkbulandıran atmosferdən tutmuş idarəetmə sistemindəki eybəcərliklərə qədər bütün neqativ təzahürlərin ideya müəllifi Ramiz Mehdiyevdir.

İş o yerə çatıb ki, AMEA prezidenti bu ittihamları cavablandırmaq məcburiyyətində qalıb. İttihamların əsassız və qərəzli olduğunu bəyan edib. 

Ramiz Mehdiyevin özünümüdafiə nitqi vəziyyəti daha da gərginləşdirib. Onun əleyhdarları ittihamları daha sərtləşdirərək AMEA prezidentini Rusiyanın Azərbaycandakı 5-ci kalonunun lideri olduğunu bildiriblər. Hətta idda ediblər ki, Ramiz Mehdiyev Rusiyanın kəşfiyyat orqanlarına bağlı şəxsləri dövlət strukturlarına yerləşdirib. Bu sensasion ittiham onun Prezident Administrasiyasının rəhbəri olduğu dönəmdə kadr siyasətinə nəzarət etməsilə ilə əsaslandırılır. 

Eyni zamanda Ramiz Mehdiyevin əslində indiki hakimiyyətə sadiq olmadığı, vaxtilə Azərbaycan SSR-nin birinci katibi olmuş Əbdürrəhman Vəzirova yaxın şəxs olduğu iddia edilir. O Vəzirov ki, Prezident İlham Əliyev hətta onun adını Milli Ensiklopediyada gördükdə əsəbiləşmiş və professor İsmayıl Vəliyevi müşavirədən qovmuşdu: “1988-ci ilin mayında Vəzirov Azərbaycan KP MK-nın birinci katibi və MK-nın Büro üzvü seçildi”. Bu nədir? Vəzirov kimdir? Təlxək, Azərbaycanı biabır edən, Azərbaycan xalqının qanını axıdan. Siz bunu qeyd edirsiniz. 1999-cu ilə qədər işlənən əsərdə Heydər Əliyev haqqında bir kəlmə də yoxdur. Mən indi burada oturmasaydım, nə yazardın?! Buradan çıx get. Belə adam bu Redaksiya heyətində işləyə bilməz. Mən böyük səhv etmişəm. Amma düzdür, bu, mənim səhvimdir. Sizi tanımamışam. Buradan gedin”.

İddia olunur ki,  Əbdürrəhman Vəzirov  hakimiyyətə gələn kimi ilk plenumda Ramiz Mehdiyevin tutduğu vəzifədən uzaqlaşdırılması təklif olunur. Həmin plenumda Ramiz Mehdiyev mən “Heydər Əliyevin adamı olmamışam”, “Mən heç zaman Heydər Əliyevin ideologiyasını dəstəkləməmişəm”, “Həmişə sizin kimi təmiz insanın Azərbaycana rəhbərlik etməyini təqdirəlayiq bilmişəm” kimi fikirlər işlədib.

Əbdürrəhman Vəzirov isə bu iddialarla bağlı Unikal.orga verdiyi açıqlamada baş verənləri müvəqqəti oyun adlandırıb. “Ramiz Mehdiyev mənim özümə bu sözləri heç vaxt deməyib. Lakin eşitdiyimə görə, o, bir müddət başqalarının yanında belə ifadələr işlədib. O, sözsüz ki, Heydər Əliyevə yaxın insan olub. Buna şübhə də yox idi”, - deyə o vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam